Sheraton Baku Intourist
Ana səhifə
/
/
/
Təsərrüfat Şöbəsinin müdir müavini

Təsərrüfat Şöbəsinin müdir müavini

Bu gün

337

Təsvir

  • Təsərrüfat şöbəsinin gündəlik fəaliyyətinin təşkilində rəhbərliyə dəstək; brend standartlarına, siyasət və prosedurlara əməl olunmasına nəzarət
  • Qonaq otaqlarının və ictimai ərazilərin müntəzəm yoxlanılması; Qonaqların otaqlarının xüsusi diqqətlə hazırlanmasına nəzarət
  • Şöbənin xərclərinin izlənilməsində və satınalma sorğularının hazırlanmasında iştirak; büdcə və biznes planı üzrə rəhbərliyə məlumat təqdim edilməsi
  • Qonaq ləvazimatları, yataq dəstləri, təmizlik vasitələri və uniformalar üzrə inventarın aparılması və ehtiyatların vaxtında sifariş edilməsi
  • Həftəlik iş qrafiklərinin hazırlanmasında rəhbərliyə köməklik; növbələrin bölüşdürülməsi və əməkdaşların gündəlik işinə nəzarət
  • Yeni əməkdaşların adaptasiyası və təlimində iştirak; əməkdaşların fəaliyyəti barədə rəhbərliyə rəy verilməsi
  • Qonaq şikayətlərinin və sorğularının operativ və nəzakətli həlli; Qəbul, Mühəndislik və digər şöbələrlə gündəlik əməkdaşlıq
  • Gündəlik və aylıq hesabatların hazırlanmasında iştirak; əməyin mühafizəsi, yanğın təhlükəsizliyi və gigiyena qaydalarına riayətə nəzarət
  • Rəhbərliyin olmadığı vaxtlarda şöbənin idarə edilməsi

Tələblər

  • Otel sahəsində, Təsərrüfat şöbəsində rəhbər vəzifədə iş təcrübəsi; beynəlxalq otel təcrübəsi üstünlükdür
  • Komandanı idarəetmə, planlaşdırma, büdcə və inventar idarəetmə bacarıqları; MS Office və otel idarəetmə sistemlərindən istifadə bacarığı
  • Çevik iş qrafikində, o cümlədən həftəsonu və bayram günlərində işləməyə hazır olmaq
  • Azərbaycan və ingilis dillərini sərbəst bilmək; rus dili üstünlükdür


Vakansiya haqqında

Son tarix

December 24, 2026

Paylaşılıb

noyabr 24, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Digər

Kateqoriya

İaşə, Turizm və Otel