Abşeron Hotel Qrup
Ana səhifə
/
/
/
Rooms Divison Manager (Hilton Garden Inn, Aghdam)

Rooms Divison Manager (Hilton Garden Inn, Aghdam)

11-09-2025

194

Təsvir

· Otaqlarla bağlı əməliyyatların Korporativ Strategiyaya uyğun olaraq aparılmasını təmin etmək.

· Şöbələrin Əməliyyat Bələdçilərinin hazırlamaq və icrasına nəzarət etmək.

· Şöbələrarası görüşlər və brifinqlər keçirməklə departament daxilində informasiya mübadiləsinin düzgün aparılamsını təmin etmək.

· Qonaq Qeydiyyatı haqqında sənədləşmənin düzgün aparılmasına nəzarət etmək.

· Bütün əməkdaşların hər zaman müstəsna xidmət göstərməsini və brendin vədini təcəssüm etdirmələrini təmin etmək.

· Əməkdaşların daxili müştərilərə də müstəsna xidmət göstərmələrini təmin etmək.

· Otelin qonaq ərazilərində əməkdaşların qonaqlarla ünsiyyətlərini müşahidə etmək, lazım gəldikdə müvafiq şöbə rəhbərləri ilə inkişaf etdirilməli olan mövzularda istiqamətləndirmələr vermək.

· Bütün qonaq və daxili müştərilərin tələb və şikayətlərini nəzakətli və müsbət yöndə həll edilməsini təmin etmək

Tələblər

· Otaqlarla bağlı bütün əməliyyatları – qonağın girişindən çıxışınadək, izləmək və bütün məqamlarda qonaqların təcrübələrinin maksimuma çatdrımaq üçün çalışmaq.

· Şirkətin minimum brend standartlarına hər zaman, əlavə standartlara isə lazım gəldikdə əməl edilməsini təmin etmək.

· Müntəzəm olaraq oteldə qalan VİP qonaqlarla şəxsən maraqlanmaq və onları qarşılamaq, rezervasiyalarından başlayaraq onlar üçün ayrılmış otaqlara qədər bütün məsələlərin həllinə diqqət yetirmək.

· Oteiln Qonaqların Dəyərləndirilməsi proqramının effektiv şəkildə icra edilməsini təmin etmək.

· Otaqları və digər qonaq ərazilərini yoxlamaqla müəyyənləşdirilmiş standartlara riayət edilməsini təmin etmək.

· Mühəndislik şöbəsi ilə birlikdə qonaq otaqları və ərazilərinin hər zaman ən yüksək standartlara cavab verməsini təmin etmək.

Vakansiya haqqında

Son tarix

October 21, 2025

Paylaşılıb

sentyabr 11, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Orta səviyyəli

Kateqoriya here

İaşə, Turizm və Otel