Abşeron Logistika Mərkəzi

Aparıcı / Baş bəyannaməçi

Bu gün

20

Təsvir

ABŞERON LOGİSTİKA MƏRKƏZİNİN törəmə şirkəti “MB BROKER” MMC - “Aparıcı / Baş bəyannaməçi” vəzifəsi üzrə vakansiya elan edir.


Tarixi İpək Yolunun mərkəzində yerləşən Abşeron Logistika Mərkəzi, beynəlxalq standartlara və Azərbaycanda inteqrasiyaya sahib olan ilk və ən böyük özəl logistik mərkəzdir. Rahat və əlverişli yol əlaqəsi terminaldan əsas yol nəqliyyat marşrutlarına birbaşa keçid etməyə və hədəfə tez bir zamanda çatmağa imkan verir. Müasir texnologiyalarla zəngin əməliyyat qabiliyyəti, güclü infrastruktur qurğuları və zamanın tələbinə uyğun yüksək xidmət keyfiyyəti ilə təchiz edilmiş təhlükəsiz, sürətli və davamlı logistik dəstəyi təmin edən peşəkar komandamız mərkəzin əsas kapitalı hesab olunur. Mərkəzin gələcək uğurlarına şərik olmaq istəyən peşəkarları komandamıza dəvət edirik.


 Ümumi vəzifə öhdəlikləri:


·        Qısa idxal bəyannamələrinin tərtib edilməsi;

·        Tranzit gömrük bəyannamələrinin tərtib edilməsi;

·        Bəyannamələrin sistemə işlənilməsi;

·        Sərbəst dövriyyəyə buraxılış bəyannamələrinin elektron qaydada tərtibi;

·        Mal və nəqliyyat vasitələrinin bəyan edilməsi;

·        Mal və nəqliyyat vasitələrinin idxal-ixrac əməliyyatları zamanı bəyannamələrin hazırlanması;

·        Müştərilər tərəfindən verilən sorğuları cavablandırmaq və bazalaşdırmaq;

·        Verilən sorğuları müvafiq struktur vahidləri və əməkdaşları ilə kordinasiya etmək;

·        İxrac, müvəqqəti saxlanc, beynəlxalq tranzit proseduru altında malların bəyan edilməsi;

·        Müştəri loyallığını təmin etmək üçün yüksək səviyyədə xidmət göstərmək;

·        Cəlb edilmiş müştərilər ilə daim ünsiyyətdə olmaq.


Tələblər

Namizədə qarşı tələblər:

·        Ali və ya peşə ixtisas təhsili;

·        Müvafiq sahədə minimum 2 ilədək iş təcrübəsi;

·        Bəyannaməçinin İxtisas Attestatının olması üstünlükdür;

·        Gömrük orqanları və müvafiq sənədləşmə xidmətləri sahəsində təcrübənin olması üstünlükdür;

·        Dil bilikləri: Azərbaycan dili əla, İngilis və Rus dilləri arzuolunandır;

·        Komputer bilikləri: Word, Excel, Outlook proqramlarında işləmə bacarığı;

·        Peşəkarlıq tələbləri:

·        Azərbaycan Respublikasının Gömrük qanunvericiliyini bilməsi;

·        Beynəlxalq tranzit prosedurunu bilməsi;

·        Kommunikasiya və kordinasiya bacarıqları;

·        Dəqiqlik və sənədlərlə düzgün işləmə bacarığı;

·        Müştərilərlə xoş ünsiyyətdə olmaq.


Vakansiya haqqında

Son tarix

September 2, 2026

Paylaşılıb

avqust 3, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Xidmət sahələri