Abşeron Logistika Mərkəzi
Ana səhifə
/
/
/
Hesabatlıq üzrə mütəxəssis

Hesabatlıq üzrə mütəxəssis

Bu gün

197

Təsvir

·       Gündəlik hesab fakturaların kəsilib göndərilməsi;

·       Gündəlik bank mədaxillərin sistemə işlənilməsi və debitor hesabatın hazırlanması;

·       Debitor borcların izlənilməsi və müştərilərlə kommunikasiya qurmaq;

·       Gələn qaimələrin reyesterinin tutulması və ay ərzində gələn qaimələrin sistemə işlənilməsi;

·       Debitor müştərilərin hesablaşmaları və aktlarının hazırlanması, müştərilərə təqdim edilməsi;

·       Vergilər Nazirliyinin müraciəti əsasında müştərilərlə bağlı sənədlərin yığılması, skan edilməsi və göndərilməsi (müqavilə, bank çıxarışı, vergi hesab fakturaların və hesab fakturalar);

·       Fakturalar və ödənişlər ilə bağlı müxtəlif reyesterlərin yığılması, qeydiyyatın aparılması;

·       Büdcənin təhlilində iştirak və müvafiq hesabatların hazırlanması.


Tələblər

·       Ali iqtisadi təhsil (Maliyyə, Mühasibat uçotu və audit və s.);

·    Maliyyə sahəsində minimum 1 il iş təcrübəsi (Mühasibatlıq sahəsində də iş təcrübəsi arzuolunandır və üstünlükdür);

·       Dil bilikləri: Azərbaycan dilini sərbəst bilməli, İngilis dili üstünlükdür;

·       Komputer bilikləri: Word, Outlook, 1C proqramlarını yaxşı, Excel proqramını əla bilməli;

·       Yüksək kommunikasiya bacarığı;

·       Komandanın bir üzvü olmaq üçün yeni iş mühiti və kollektivə tez uyğunlaşmaq bacarığı.



 Peşəkarlıq tələbləri:

·       Dəqiqlik və diqqət;

·       Ciddi və məsuliyyətlilik;

·       E-gov.az və e-taxes.gov.az da işləmək bacarığı; 

·       Analitik qabiliyyətə, təqdim etmə bacarıqlarına malik olmaq;

·       Problem həll etmə bacarığı;

·       Reporting (hesabatvermə qabiliyyətli);

·       Öyrənmək, öyrətmək bacarıqları.



Vakansiya haqqında

Son tarix

September 15, 2025

Paylaşılıb

avqust 14, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Logistika və nəqliyyat