AccessBank
Ana səhifə
/
/
/
Biznes kreditlərin təhlili üzrə aparıcı / baş mütəxəssis

Biznes kreditlərin təhlili üzrə aparıcı / baş mütəxəssis

  • AccessBank
  • Tbilisi prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

29-04-2024

3.1K

Bağlanılıb

Təsvir

  1. Anderraytinq şöbəsinə təqdim olunan kredit fayllarının təhlili, o cümlədən:
  2. Müştərinin iş yer(lər)ini ziyarət etmək, məlumatların toplanması və təhlili;
  3. Kredit memorandumunda və ona əlavə edilmiş maliyyə hesabatlarında olan məlumatların dəqiq olması və təsdiqlənməsini təmin etmək;
  4. Müştərinin biznesinin krediti ödəmək imkanına təsir edən əsas riskləri (maliyyə, bazar, idarəetmə və s.) müəyyən etmək;
  5. Kreditin ikinci dərəcəli ödəmə qabiliyyətinin (girovunun) bankın Kredit Siyasətinə və təlimatlarına uyğun olub-olmamasını müəyyən etmək;
  6. Təqdim edilmiş hər bir kredit memorandumu üçün rəy vermək;
  7. Kredit Komitəsinin qəbul etdiyi faktiki qərarlar əsasında Kredit Komitəsinin protokollarının vaxtında və dəqiq formalaşdırılmasını təmin etmək, o cümlədən:

a. Müəyyən edilmiş limitlər daxilində kredit müraciətləri üzrə qərar qəbul etmək;

b. Komitənin protokollarının hazırlanması;

c. Prosesdə iştirak edən müxtəlif maraqlı tərəflərlə (Hüquq, Mikro, Kredit İdarəetmə və s.) protokollarda verilən qərarları razılaşdırmaq;

d. Digər əlaqəli işlər.

  1. Nəzarət olunan portfeldə kreditlər üzrə rəhbərliyə hesabatın verilməsi:
  2. Kredit Menecerləri tərəfindən müntəzəm monitorinqlərin aparılmasını və monitorinq hesabatlarının təqdim olunmasını təmin etmək;
  3. Kreditin ödənilməsinin monitorinqi;
  4. Vaxtı keçmiş kreditlərin idarə edilməsi və məsul Kredit Meneceri, Kredit Komitəsi və müvafiq Departamentlər arasında fəaliyyətin koordinasiyası;
  5. Kredit Risk rəhbərliyinin tələbi ilə, müxtəlif hesabatların tərtib edilməsi;
  6. Tələb olunduqda müştərinin biznesinə nəzarət baxışının keçirilməsi və monitorinqlərin aparılması;
  7. Bankın tədrisedici tədbirlərində fəal iştirak etmək, Departamentdə işləyən və təcrübə keçən əməkdaşların təlimində iştirak etmək;
  8. Bankın digər Departamentləri ilə yaxşı və effetiv əməkdaşlığın təmin edilməsi;
  9. Digər öhdəliklər – bankın Kredit Risklərinin İdarə Edilməsi Siyasəti ilə müəyyən edilmiş və/və ya rəhbər tərəfindən prioritetləşdirilmiş.

Tələblər

  1. Analoji vəzifədə - KOB/Korporativ kredit verilməsi/təhlili/kredit anderraytinqi, ən azı 2 il iş təcrübəsi;
  2. Maliyyə, Mühasibatlıq və digər müvafiq sahələrdə ali təhsil. Maliyyə, Risk sahəsində sertifikat (ACCA, CFA, FRM) üstünlük hesab edilir;
  3. Yüksək təşkilatçılıq, yazı və insanlarla ünsiyyət bacarığı, mükəmməl məsuliyyət hissi;
  4. Rəhbərliyin minimal müdaxiləsi ilə işləmək və sıx qrafikdə çoxsaylı tapşırıqların öhdəsindən gəlmək bacarığı;
  5. Azərbaycanın bank mühiti, vergi sistemi, biznes krediti standartları və meyarları haqqında yaxşı bilik;
  6. Müştəri və bank filiallarını ziyarət etmək imkanı;
  7. Azərbaycan dilini səlis, ingilis və ya rus dillərini ən azı B2 səviyyədə bilmək;
  8. Sərbəst şəkildə MS Office proqramları ilə işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

aprel 30, 2024

Paylaşılıb

aprel 29, 2024

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə