AccessBank
Ana səhifə
/
/
/
Əməliyyat Risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi və ya aparıcı mütəxəssisi

Əməliyyat Risklərinin idarəedilməsi şöbəsinin mütəxəssisi və ya aparıcı mütəxəssisi

  • AccessBank
  • 3 Tbilisi prospekti, Bakı, Azərbaycan
  • Tam ştat

Bu gün

73

Təsvir

  • Baş vermiş insidentlərin təhlili və idarə olunması.
  • Baş vermiş insidentlərin nəticələrinin aradan qaldırılmasına (minimallaşdırılmasına) nəzarət və əsas səbəblərin analiz olunması.
  • Risk və nəzarətlər (RCSA) üzrə qiymətləndirmənin aparılması.
  • Açar Risk İndikatorlarının (KRI) monitorinq olunması və analizi.
  • Əməliyyat riski nöqteyi-nəzərdən yeni proseslər, prosedurlar və məhsulların təhlil olunması və rəy verilməsi.
  • Əməliyyat risklərinin idarə edilməsi fəaliyyəti çərçivəsində digər işlərin icra olunması.
  • Risk hesabatlarının (risk reporting) hazırlanması və rəhbərliyə təqdim olunması.
  • Əməliyyat risklərinin azaldılması üzrə tövsiyələrin hazırlanması və aidiyyəti departamentlərə təqdim olunması.

Tələblər

  • Maliyyə, Kredit və ya müvafiq sahə üzrə ali təhsil.
  • Bank sahəsində minimum 2 il iş təcrübəsi.
  • Bank mühiti və orada tətbiq olunan nəzarət mexanizmləri barədə biliklər.
  • Yerli bank sisteminin qanunvericilik tələbləri barədə biliklər.
  • Güclü analitik təhlil bacarığı.
  • MS Office (Excel, PowerPoint) proqramlarında sərbəst işləmək bacarığı.
  • Mükəmməl ünsiyyət, təqdimat və yazılı kommunikasiya bacarıqları.
  • Azərbaycan dilində sərbəst danışıq və yazı bacarığı, ingilis və ya rus dili biliklərinin olması arzuolunandır.
  • Risklərin idarə olunması sahəsində nəzəri biliklər üstünlük hesab olunur.
  • Risklərin idarə edilməsi ilə bağlı sertifikatların olması üstünlük hesab olunur.

Vakansiya haqqında

Son tarix

March 30, 2025

Paylaşılıb

mart 19, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə