AccessBank
Ana səhifə
/
/
/
Mikro və Aqro Müştərilərlə iş üzrə Peşə Hazırlığı Proqramı

Mikro və Aqro Müştərilərlə iş üzrə Peşə Hazırlığı Proqramı

Dünən

53

Təsvir

AccessBank ilə Dövlət Məşğulluq Agentliyi və Peşə Hazırlığı Mərkəzi arasında əməkdaşlıq çərçivəsində mikro və aqro müştərilərlə iş istiqamətində gənc, perspektivli kadrların inkişafına yönəlmiş xüsusi Təlim və Təcrübə Proqramına start verilir.

Proqram nələri əhatə edir?

  • Peşəkar təlimlər – satış bacarıqları, müştəri münasibətləri, kredit məhsulları haqqında nəzəri biliklər.
  • Real iş mühitində təcrübə – AccessBank filiallarında işin praktiki tətbiqi ilə bağlı biliklər.
  • Karyera imkanı – proqramı uğurla başa vuran iştirakçıların işlə təmin edilməsi.


Qeyd. Layihə Bakı və Abşeron ərazisində fəaliyyət göstərən filiallarda həyata keçiriləcəkdir.

Tələblər

  • Ali təhsil;
  • Güclü kommunikasiya və ünsiyyət bacarıqları;
  • Öyrənməyə və inkişaf etməyə həvəs;
  • Komanda ruhu və məsuliyyətli iş yanaşması.

Vakansiya haqqında

Son tarix

August 29, 2025

Paylaşılıb

avqust 13, 2025

Vakansiya növü

Təcrübə

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə