Azərbaycan Dəmir Yolları

Yay təcrübə proqramı

Dünən

423

Təsvir

Ölkənin ən strateji qurumlarından biri olan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Sizi təhsil istiqamətiniz üzrə qazandığınız bilikləri təcrübəyə yaymağa dəvət edir.


Elə indi aşağıda verilmiş istiqamətlərdən birini "vəzifə başlığı" bölməsində qeyd etməklə yay təcrübə proqramında iştirak etmək şansı qazana bilərsiniz.


  • Strateji inkişaf; 
  • Risklərin idarə edilməsi;
  • İnsan resurslarının idarə edilməsi; 
  • Beynəlxalq əlaqələr;
  • Maliyyə;
  • Marketinq;
  • Təchizat;
  • Hüquq;
  • SƏTƏM;
  • Kommunikasiya;
  • Nəqliyyat texnologiyaları;
  • Tikinti layihələrinin idarə edilməsi;
  • Sənədlərlə iş;
  • Müştəri xidmətləri.




Təcrübə proqramı dövründə Siz aşağıdakılardan faydalanmaq şansı əldə edəcəksiniz:


  • Ödənişli təcrübə imkanı;
  • Nəzəri biliklərinizi real iş mühitində tətbiq etmək fürsəti;
  • Peşəkar heyətimizin təcrübəsindən faydalanmaq imkanı;
  • Şirkətdaxili təlim fürsətləri;
  • Gələcək karyera imkanı;
  • Dəyişkən iş qrafiki.

Tələblər

  • Müvafiq sahə üzrə 4-cü kurs bakalavr və ya magistr təhsili almaqda olan tələbələr; 
  • İngilis və ya Rus dili biliklərinə üstünlük verilir; 
  • Müraciət etdiyi sahə üzrə sertifikatların olması arzuolunandır.

Vakansiya haqqında

Son tarix

May 8, 2025

Paylaşılıb

aprel 28, 2025

Vakansiya növü

Təcrübə

Vəzifə dərəcəsi

Digər

Kateqoriya

Digər xidmətlər