Təmir işləri və istehsalat sahəsində təhlükəsizlik qaydaları haqqında rəhbərlikdən gündəlik təlimatlar almaq və bu barədə müvafiq jurnalı imzalamaq;
Yol montyorlarının təhlükəsizlik vasitələrindən düzgün istifadə etməsinə və iş alətlərinin yararlılığına nəzarət etmək;
Yük və iş alətlərinin yüklənməsi və boşaldılmasına nəzarət etmək;
Yolu vizual olaraq yoxlayaraq nasazlıqları aşkar edib, rəhbərliyi məlumatlandırmaq;
Təmir işləri zamanı hərəkət təhlükəsizliyini təmin etmək üçün stansiya növbətçiləri və rəhbərliklə əlaqə saxlamaq;
Ərazidəki keçidlərə və PU-67 kitabının qeydiyyatına nəzarət etmək;
Yoldəyişən qurğuların vəziyyətini nəzarətdə saxlamaq və nasazlıqları dərhal rəhbərliyə bildirmək;
Standartlara uyğun əsaslı, orta və cari təmir işlərini yerinə yetirmək, rels xətlərinin vəziyyətini ölçmək və yol nasazlıqlarını aradan qaldırmaq;
Vizual yoxlama əsasında növbəti görüləcək işlər haqqında qeydlər aparmaq və rəhbərliyə məlumat vermək;
5 günlük iş rejimi (09:00-18:00).
Tələblər
Təhsil: Müvafiq sahə üzrə peşə təhsili (Təmir və istehsalat texnikası üzrə ixtisaslar: dəmir yolu təmiri, maşınqayırma; və ya müvafiq digər peşə sahələri);
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il (infrastruktur layihələri, sənaye təmir işləri və ya digər müvafiq iş sahələri);
Nəzarət-ölçü alətləri təyinatı və tətbiqi şərtləri üzrə biliklər;
Təmir obyektlərinin qovşaqlarının quruluşu və qarşılıqlı əlaqəsi üzrə biliklər;
Material sərfi normaları üzrə biliklər;
Təhlükəsizlik texnikası və yanğından mühafizənin qayda və normaları üzrə biliklər.