Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Biznesin inkişafı və satışa dəstək şöbəsi - Marketinq üzrə aparıcı mütəxəssis (Sosial məzuniyyət yerinə)

Biznesin inkişafı və satışa dəstək şöbəsi - Marketinq üzrə aparıcı mütəxəssis (Sosial məzuniyyət yerinə)

Bu gün

232

Təsvir

  • Müəssisənin marketinq və media strategiyalarının hazırlanmasında, konseptin formalaşdırılmasında iştirak etmək;
  • Bazarın təhlili, mövcud rəqabət mühitinin analizini həyata keçirmək;
  • Müəssisənin bazarda təqdim etdiyi bütün növ cari və yeni məhsullarının xidmət reklamını təşkil etmək;
  • Müəssisənin yeni və mövcud layihələrinin inkişafı məqsədi ilə təkliflər verməli və müvafiq istiqamətlər barəsində yeni layihələri rəhbərliyə təqdim etmək;
  • Müəssisənin imicinin möhkəmləndirilməsi üçün bütün bilik və bacarıqlarını əsirgəməmək;
  • Müəssisənin marketinq ehtiyaclarını müəyyənləşdirmək;
  • Daxili satış kanallarını (İnternet , SMS, Mobil, Web portalları və s) müəyyən edərək, strategiya və inkişaf planı layihələrini hazırlanmasında iştirak etməli, təhlillər aparmaq;
  • Müəssisənin marketinq və media planlarının hazırlanmasında və reallaşdırılmasında iştirak etmək;
  • Öhdəliyində olan kampaniyaların hazırlanması və idarə edilmə prossesi barəsində hesabat hazırlamaq.

Tələblər

  • Təhsil: Müvafiq sahə üzrə ali təhsil;
  • Tələb olunan sahə üzrə minimum əmək stajı: 2 il
  • Kompüter biliyi: Microsoft Office proqramları ilə işləmək;
  • Dil biliyi: Azərbaycan dilində mükəmməl yazı və danışıq, İngilis və Rus dili bilikləri;
  • Biznesin idarə olunmasına dair normativlər və digər materiallar;
  • Biznesin idarə olunması və təşkilinə dair biliklər;
  • Rəqəmsal informasiya sistemlərindən istifadə qaydaları
  • Kreativlik;
  • Təşəbbüskarlıq;
  • İşgüzar zəka.

Vakansiya haqqında

Son tarix

February 25, 2026

Paylaşılıb

fevral 9, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə