Dartı yarımstansiyada avadanlıqların texniki xidmətini və təmirini təşkil etmək;
Təhlükəsizlik tədbirlərinin yerinə yetirilməsinə və sağlam iş şəraitinin təmin edilməsinə nəzarət etmək;
İş sifarişlərini tərtib etmək;
Təhlükəsizlik texnikası üzrə təlimlər keçirmək və müəyyən edilmiş texnologiyanı həyata keçirmək;
İşçilərin əmək intizamına, əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmələrinə nəzarət etmək;
Avadanlıqların, qoruyucu və yanğınsöndürmə vasitələrinin vəziyyətinə, onların vaxtında doldurulmasına, sınaqdan keçirilməsinə və təmirinə nəzarət etmək;
Quraşdırılmış avadanlıqların gücündən səmərəli istifadəni təmin etmək;
Dartı yarımstansiyada avadanlıq və cihazların nasazlığının qarşısının alınmasında, onlara texniki xidmət göstərilməsində, texnologiyanın təkmilləşdirilməsi üzrə tədbirlərin işlənib hazırlanmasında iştirak etmək;
Ehtiyat hissələrinin və materialların mövcudluğunu daim nəzarətdə saxlamaq;
Dartı yarımstansiyalara texniki qulluq üzrə vəzifələr və qaydalar haqqında biliklərin tədrisini və dövri sınaqdan keçirilməsini təşkil etmək;
Dartı yarımstansiyada xidmət göstərən personalın texniki və iqtisadi idarə edilməsini təmin etmək;
Gündəlik iş rejimi.
Tələblər
Təhsil səviyyəsi: müvafiq sahə üzrə ali təhsil
İş təcrübəsi: müvafiq sahə üzrə ən az 3 il;
Elektrik qurğu və cihazlarının istismarına dair təlimatlara və digər normativ aktlara dair biliklər;
Avtobloklama sisteminin və digər istehlakçıların enerji təchizatı sxeminə dair biliklər;
Dartı yarımstansiyanın bir xətli sxeminə dair biliklər;
Texniki istismar və Texniki təhlükəsizlik qaydaları;
Yanğından mühafizə və şəxsi gigiyena qaydaları;
Elektrik qurğularının sxemlərinə dair biliklər;
Resursların idarə edilməsi;
Başqalarını inkişaf etdirmə;
İşin idarə edilməsi və ölçülməsi;
Kompüter bilikləri: Microsoft Office (yaxşı səviyyədə).