Əməliyyat avtomatlaşdırma proseslərini həyata keçirmək (sınaq, istifadəyə verilmə, xəbərdarlıq);
Xidmətlərin cari həcminə edilən hər hansı dəyişiklik və ya əlavələrdən xəbərdar olmaq üçün müvafiq departamentlərlə (biznes, layihə ofisi, infrastruktur, həll) sıx əməkdaşlıq etmək;
Təkmilləşdirmələri müəyyən etmək və prioritetləşdirmək üçün tendensiyaları təhlil etmək məqsədilə xidmət performansının müvafiq qaydada ölçülməsi və hesabatın hazırlanması, istifadəsi və əlçatanlığını təmin etmək;
Aidiyyəti üzrə verilən tapşırıqları icra etmək;
Xidmət göstərilməsinin biznes və əməliyyat standartlarına cavab verməsini təmin etmək.
Tələblər
Təhsil səviyyəsi: Müvafiq istiqamət üzrə bakalavr;
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;
Linux server əməliyyat sistemlərin idarə edilməsi üzrə nəzəri biliklər;
Verilənlər bazası sistemləri idarə edilməsi üzrə nəzəri biliklər;
İstənilən virtualizasiya texnologiyası ilə işləmə bacarığı;
Mikroservislərin arxitekturasını başa düşmə və mikroservislərin dokerləşdirilməsi;
Ümumi ƏS arxitekturası üzrə biliklər;
“Linux” ƏS distributivi üzrə praktiki biliklər;
Cloud Architecture, Micro Service dizaynı, arxitektor və texnologiyalar sahəsində nəzəri-praktiki biliklər;
Devops & Agile metodologiyası və funksional komandalararası iş üzrə nəzəri-praktiki biliklər;
Linux sistemlərinin administrasiyası bilikləri;
Docker və Kubernetes arxitekturası, CI/CD və GitOps prinsipləri, GitLab CI/CD, ArgoCD, Helm və Kustomize, Ansible, Prometheus, Grafana, Elastic Stack və Loki; HAProxy/Nginx, HashiCorp Vault; MinIO/S3, Longhorn/CSI, Kafka/message broker, şəbəkə əsasları (TCP/IP, DNS, VLAN, routing, firewall), TLS/SSL və informasiya təhlükəsizliyi prinsipləri üstünlükdür;
Helm və Kustomize ilə iş təcrübəsi, GitOps/ArgoCD təcrübəsi, HashiCorp Vault üzrə praktiki bilik, Kafka və digər message broker sistemləri ilə təcrübə, NFS/CIFS storage inteqrasiyaları, Service Mesh (Istio və ya Linkerd), DevSecOps və security scanning alətləri (Trivy, Snyk, SonarQube və s.) ilə iş, RHCSA, CKA, CKAD və digər müvafiq sertifikatların olması üstünlükdür.