Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Elektrik mexaniki (İşarəvermə və rabitə xidməti-Yeni Suraxanı-Dübəndi-Hövsan))

Elektrik mexaniki (İşarəvermə və rabitə xidməti-Yeni Suraxanı-Dübəndi-Hövsan))

Bu gün

70

Təsvir

  • Növbəli iş rejimi;
  • Sahənin qurğularını nəzəri və əməli baxımdan bilmək, onları saz vəziyyətdə saxlamaq, habelə onlara xidmət göstərilməsini bacarmaq, quraşdırma-çilingərlik işlərini bilmək və qurğuların təmir, quraşdırma, tənzimləmə və elektrik ölçmə işlərini bacarmaq;
  • Kabel təsərrüfatını saz vəziyyətdə saxlayır.
  • İstismar vaxtı keçmiş və ya kənar şəxslər tərəfindən zədələnən kabelləri yenisi ilə əvəz etmək, kabelləşmə işini təlimata və qaydalara uyğun həyata keçirmək;
  • Müəyyən olunmuş texnoloji proses cədvəli üzrə İMB qurğularına texniki xidmət göstərilməsi işlərini yerinə yetirmək, habelə qurğuların düzgün və fasiləsiz işini təmin etməklə, elektrik montyorları tərəfindən yerinə yetirilən işlərə nəzarət etmək;
  • İşlər yerinə yetirilərkən əməyin mühafizəsi, təhlükəsizlik texnikası və yanğın təhlükəsizliyinə əməl olunmaqla qatarların təhlükəsiz hərəkətini təmin etmək;
  • İMB qurğularının nasazlığı haqqında bildiriş alan kimi, qəza alətlərini və ölçmə cihazlarını götürməklə, nasazlıq olan yerə qısa müddət ərzində gəlmək.
  • Nasazlığı aradan qaldıran kimi elektrik mexaniki, həmin nasazlığın səbəblərini və aradan qaldırılması vaxtını göstərməklə, “Baxış jurnalı”nda müvafiq qeyd etmək;
  • Stansiya növbətçiləri ilə sıx təmasda olub, pult-tablonu nəzarətdə saxlamaq, lampaların dəyişdirilməsini və düymələrin tənzimlənməsini həyata keçirmək;
  • Öz biliklərini müntəzəm surətdə artırmaq və iş üsullarını təkmilləşdirmək, qurğulara xidmət göstərilməsinin qabaqcıl üsullarını mənimsəmək və tətbiq etmək, öz təcrübə və biliklərini tabeliyində olan işçilərə öyrətmək;
  • Öz sahəsinin qurğularının qış şəraitində işə hazırlığını vaxtlı-vaxtında yoxlamaq və təmin etmək;
  • Təhkim olunmuş sahədə qatarların təyin olunmuş sürətlə təhlükəsiz və fasiləsiz hərəkətinin təmin edilməsinə və işçilərin təhlükəsizliyinə, İMB qurğularının təmiri və saxlanılması üzrə tapşırıqların keyfiyyətli yerinə yetirilməsinə, alətlərin, cihaz və mexanizmlərin effektli istifadə edilməsinə və vəzifələrin yerinə yetirilməsinə görə məsuliyyət daşımaq;
  • Xidmət göstərdiyi sahənin hüdudlarında xüsusi briqadalar, yaxud təşkilatlar tərəfindən təmir, tikinti-quraşdırma işlərinin icrası zamanı işlərin müəyyən olunmuş qaydada yerinə yetirilməsinə nəzarət etmək.

Tələblər

  • Təhsil: orta ixtisas (müvafiq sahə üzrə);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə 1 il;
  • İMB sahəsində olan qurğu və avadanlıqların quruluşunu, şərtləri və sxemləri; 
  • İMB qurğuların təsdiq edilmiş texniki xidmət təlimatlarını;
  • Dəmir yolu nəqliyyatının elektirikləşdirilmiş xətlərində işçilərin təhlükəsizlik qaydaları;
  • İMB üzrə növbətçinin təlimatını və İMB qurğularının istismarına aid qüvvədə olan bütün başqa təlimatları;
  • Diqqətlilik;
  • Nəticəyönümlülük;
  • Peşəkar ehtiyatlılıq

Vakansiya haqqında

Son tarix

May 8, 2025

Paylaşılıb

aprel 25, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat