Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Elektrik qaz qaynaqçısı-kəsici (Bakı)

Elektrik qaz qaynaqçısı-kəsici (Bakı)

Bu gün

69

Təsvir

  • Qaynaq olunacaq hissələri müəyyənləşdirmək, qaynaq avadanlıqlarını yoxlamaq, elektrik qaynaq aparatının işləkliyini yoxlamaq, istismara hazırlamaq;
  • Elektrik xətlərinin sazlığının və elektrod tutucusunun işləkliyini yoxlamaq;
  • Metalın qalınlığına və tərkibinə uyğun elektrodu seçmək, seçilmiş elektroda uyğun cərəyan şiddətini seçmək, elektrod tutucusuna elektrodu taxmaq, qaynaq ediləcək hissələrin, boruların, detalların ölçülərini almaq;
  • Qaynaq ediləcək hissələri qalınlıq, diametr və materialdan asılı olaraq hazırlamaq, düz, üfüqi, şaquli, əngəlli və ya yuxarı mövqelərdə, güzgü ilə qaynaq işləri aparmaq, əl alətlərindən və ya maşınlardan (çəkic, laqonda, barmaqdaş) istifadə etməklə, əlavə qaynaq hissələrini və qalıqları düzəltmək;
  • Boru, flyans birləşmələrini, implus xəttlərini, siyirtmələri, kəsilmiş hissələri və digər zəruri avadanlıqları qaynaq çubuğu ilə qaynaq etmək;
  • Prosedura uyğun olaraq zədələnmiş hissələri təmir etmək, çatların qaynaqlanması zamanı çat yerini cilalamaq;
  • İstifadəsində olan alət və vəsaitlərin saz vəziyyətdə olmasına nəzarət etmək; 
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, sanitariya və yanğından mühafizənin norma və qaydalarına riayət etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Müvafiq sahə üzrə peşə təhsili;
  • Texniki təhlükəsizlik qaydalarını bilməli;
  • Qaynaq tikişlərində qüsurların növlərini, onların qarşısının alınmasını, aradan qaldırılması üsullarını və qaynaq olunan metalların mexaniki xüsusiyyətlərini bilməli;
  • Elektrodların növlərini və tikişlərin qoyulmasının texnoloji ardıcıllığını bilməli;
  • Tətbiq olunan odluqların, reduktorların, balonların istifadə olunma qaydalarını, nəzarət-ölçü cihazlarının təyinatını və tətbiqi şərtlərini bilməli.


Vakansiya haqqında

Son tarix

October 29, 2025

Paylaşılıb

oktyabr 16, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Xidmət sahələri