Almaz kəsici alətlə Ø -100 mm-ən yuxarı, linza Ø-200 mm olan detalları hazırlamaq və 0.1 mm qalınlığa qədər yonmaq;
Çətin formada olan və ölçülməsi mürəkkəb olan detalların xarici və daxili hissələrini frezlə yonmaq;
Materialın dəqiqliklə kəsilməsi, böyük həcmli detal və hissələrin universal dəzgahda işlənməsi, təzə və köhnə işlənmiş və çətin profilli materialların yonulmasını təmin etmək;
Detallara fərqli formada kanavkalar açmaq və yonmaq;
Almaz kəsici alətlə Ø – 100 mm, qalınlığı – 0.1 mm detalın yonulması, detalın böyük hissəsinin Ø 100 mm-ən yuxarı olan, qalınlığı 01/0.5 mm yonmaq;
Detalları təmiz saxlamaq;
Texniki təhlükəsizlik qaydalarına riayət etmək.
Tələblər
Təhsil: peşə təhsili (müvafiq sahə üzrə).
Əməyin mühafizəsi üzrə qaydaları və normaları üzrə biliklər;
Ətraf mühitin qorunması və təhlükəsiz texnikası üzrə normativ tələbləri üzrə biliklər;
Frezer dəzgahının tənzimlənməsi, dəzgahın yoxlanması, fərqli qurğuların hazırlanması və düzgün istifadəsi üzrə biliklər;
Materialın növü və xarakteri xarici görünüşünə görə təyin olunması;
Detallarda nişanlanmasını və mərkəzin düzgün tapılmasını indikatorun köməkliyi ilə tapılması üzrə biliklər;