Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Gömrük və logistik nəzarət üzrə mütəxəssis

Gömrük və logistik nəzarət üzrə mütəxəssis

Dünən

38

Təsvir

  • ADY tərəfindən bağlanmış satınalma və xidmət müqavilələrində qeyd edilmiş öhdəliklərin vaxtında icra edilməsi üçün lazım olan sənədləri toplamaq;
  • Müqavilələr üzrə daxil olan malların adını, texniki göstəricilərini, sayını qaimə və akt üzrə yoxlamaq və həmin müqavilələr üzrə mal axınına nəzarət etmək;
  • Mərkəzi anbara təhvil verilən mallar və xidmətlər üzrə hazırlanan elektron qaimələrdə qeyd edilən məbləğlərin müqavilənin şərtlərinə uyğunluğunun yoxlandıqdan sonra ödənişə təqdim etmək;
  • Ödənişə göndərilən müqavilələr üzrə məbləğləri özündə əks etdirən qeydiyyat sisteminə bütün məlumatların vaxtında qeyd edilməsi, qeyd edilən məlumatların doğruluğunu yoxlamaq;
  • ADY tərəfindən bağlanmış bütün müqavilələr üzrə həm mal axını, həm ödəniş tərəfinin detallı hesabatını hazırlamaq və rəhbərliyə təqdim etmək;
  • ADY və xarici şirkətlər arasında imzalanmış müqavilələrə əsasən idxal və ixrac ediləcək yüklərə aid gömrük rəsmiləşməsi üçün təqdim edilmiş sənədləri yoxlamaq, aşkar edilmiş nöqsanlar barəsində müvafiq şəxslərə vaxtında məlumat vermək və prosesi izləmək;
  • Gömrük rəsmiləşməsi üçün təqdim edilmiş sənədlər əsasında bütün növ gömrük bəyannamələrini (idxal, ixrac, təkrar idxal, müvəqqəti idxal, müvəqqəti ixrac, xaricdə emal və.s) tərtib etmək;
  • AR Dövlət Gömrük Komitəsinin elektron sistemində bəyan etmək, tərtib olunmuş gömrük bəyannamələrinin AR Dövlət Gömrük Komitəsinin elektron sistemində təqib etmək;
  • Rəsmiləşdirmə başa çatdıqdan sonra malları mərkəzi anbara təhvil vermək, qruppaj olduğu təqdirdə malları qarşılamaq və mərkəzi anbara təhvil vermək;
  • Maliyyə məktublarını yazıb maliyyə departamentinə təqdim etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Al(Müvafiq sahə üzrə);
  • Gömrük işinin təşkili və logistika ilə bağlı biliklər;
  • Azərbaycan Respublikasının Gömrük qanunvericiliyi;
  • Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi qaydaları;
  • Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal və ixrac gömrük rüsumlarının dərəcələri barədə biliklər;
  • Loqistika üzrə yeni beynəlxalq normativlər üzrə biliklər;
  • Xarici dil: İngilis/Rus dili - yaxşı;
  • MS Office - yaxşı;
  • Planlaşdırma bacarığı;
  • Məlumatların idarə edilməsi bacarığı.


Vakansiya haqqında

Son tarix

May 19, 2026

Paylaşılıb

may 5, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat