Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Hərəkətin təhlükəsizliyi üzrə böyük müvəkkil

Hərəkətin təhlükəsizliyi üzrə böyük müvəkkil

Dünən

177

Təsvir

  • Gündəlik “ADY” QSC-nin dispetçer aparatından, stansiya növbətçilərindən informasiya alıb sərnişin, elektrik və dizel qatarlarının gediş cədvəllərinə nəzarət etmək, bütün gecikmələri qeydiyyata almaq və analiz etmək;
  • Sərnişin daşıma təsərrüfatında hərəkətin təhlükəsizliyinin təminatı üzrə “ADY” QSC-nin texniki istismar qaydaları və başqa normativ sənədlərin tələblərinə uyğun texniki-təşkilati tədbirlər işləyib hazırlamaq və onların yerinə yetirilməsinə nəzarət etmək;
  • Sərnişin daşıma təsərrüfatında hərəkətin təhlükəsizliyinə dair işlərin nəticələrini qatar-briqada heyətini, istismar sahələrinin, hərəkətedici hissələr, avtotormoz, elektrik avadanlıqlar, təchizat və cari təmir sexlərinin rəhbərlərini dinləməklə müzakirə etmək, çatışmamazlıqları aradan qaldırılması üçün tədbirlər həyata keçirmək;
  • Sərnişin qatarlarının yolda gecikməsinin, vaqon və lokomotivlərin texniki səbəblərə görə açılmasının, səfər dövründə texniki nasazlıqlara görə qatarların məcburi saxlanılmasının və sonuncu məntəqəyə gecikməsinin səbələrini araşdırmaq və təhlil etmək;
  • İstismar sahələrinin bütün işçilərini əhətə etməklə proqram üzrə texniki dərslərin keçirilməsinə nəzarət etmək;
  • Sərnişin daşımanın təşkili xidmətinin strukturlarında tərtib olunmuş sərnişin və elektrik qataralarının texniki və sanitar vəziyyətini, qatarın briqada heyəti tərəfindən vəzifə təlimatının yerinə yetirilməsini, onların fövqəladə hallarda (yanğın, buksun qızması, avtoqoşquların öz-özünə açılması və s.) qarşılıqlı fəaliyyət qaydalarını bilmələrini yoxlamaq;
  • Yerlərdə icraçıların öz vəzifələrini bilavasitə yoxlamaqla qəfil yoxlamaların keçirilməsində iştirak etmək;
  • Qatarların hərəkət və manevr işi zamanı baş vermiş pozuntu və xəta hadisələrinin xidməti araşdırma qaydalarının yerinə yetirilməsi və hadisələrin düzgün təsnifatlandırılmasına nəzarət etmək;
  • Departamentin tabeliyində olan strukturlarda qışa hazırlıq vəziyyətini müzakirə etmək və icra olunmasını yoxlamaq;
  • Qatarların hərəkət təhlükəsizliyi ilə əlaqədar keçirilən yoxlamalarda iştirak etmək;

Tələblər

  • Təhsil səviyyəsi: Al(Müvafiq sahə üzrə);
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;
  • Xarici dil: İngilis/Rus dili - orta;
  • MS Office - yaxşı;
  • Texniki istismar qaydaları üzrə biliklər;
  • Qatarların hərəkəti və manevr işinə dair təlimat üzrə biliklər;
  • İşarəvermə təlimatı üzrə biliklər;
  • Dəmir yolu nəqliyyatında hərəkətin təhlükəsizliyinə dair təlimatlar, normativ hüquqi aktlar, metodiki və normativ sənədlər üzrə biliklər;
  • Qurğuların və hərəkət heyətinin əsas texniki vasitələrinin quruluşu və istismar qaydaları üzrə biliklər;

Vakansiya haqqında

Son tarix

November 11, 2025

Paylaşılıb

oktyabr 29, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat