Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
İnşaat və təmir sahəsi üzrə aparıcı mühəndis(Bakı Limanı)

İnşaat və təmir sahəsi üzrə aparıcı mühəndis(Bakı Limanı)

05-02-2026

493

Təsvir

  • İnfrastruktur obyektləri və avadanlıqlar üzrə texniki xidmət, təmir və modernizasiya işlərinin planlaşdırılması və icrasına nəzarət;
  • İnşaat, təmir və yenidənqurma işlərinin layihə, norma və texniki tələblərə uyğun aparılmasının təmin edilməs;
  • İllik və aylıq texniki xidmət, təmir və investisiya planlarının hazırlanması;
  • Layihə-smeta sənədlərinin hazırlanması, yoxlanılması və razılaşdırılmasında iştirak;
  • Podratçı və subpodratçı təşkilatların işinə texniki nəzarətin həyata keçirilməsi;
  • Texniki baxışların, profilaktik tədbirlərin və qəza risklərinin azaldılması üzrə tədbirlərin təşkili;
  • Material, ehtiyat hissələri və resurs ehtiyaclarının müəyyən edilməsi və planlaşdırılması;
  • İnfrastruktur və avadanlıqlar üzrə texniki sənədləşmənin, aktların və hesabatların hazırlanması;
  • Texniki problemlərin operativ həlli və rəhbərliyə müvafiq təkliflərin verilməsi;
  • Avadanlıqların düzgün istismarına nəzarət və istifadəçi heyətinə texniki dəstək göstərilməsi.

Tələblər

Bilməlidir:

  • İnşaat və təmir işləri üzrə qüvvədə olan norma və qaydaları, dövlət standartlarını;
  • Layihə, işçi və icra (as-built) sənədlərinin oxunması və tətbiqini;
  • Layihə-smeta sənədlərinin hazırlanması, yoxlanılması və təhlilini;
  • Texniki xidmət və təmirin planlaşdırılması metodlarını (preventiv, planlı, qəza təmiri);
  • Avadanlıqların istismar etibarlılığı və texniki risklərin idarə olunması prinsiplərini;
  • Podratçı təşkilatlarla işin təşkili və texniki nəzarət qaydalarını;
  • Əməyin mühafizəsi, yanğın və sənaye təhlükəsizliyi tələblərini;
  • Texniki hesabatların, aktların və rəsmi sənədləşmənin aparılması qaydalarını;
  • Müasir mühəndislik proqramları və ofis tətbiqləri ilə işləmə əsaslarını.

Vakansiya haqqında

Son tarix

February 26, 2026

Paylaşılıb

fevral 5, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Digər

Təhsil

Bakalavr

Kateqoriya

Tikinti və Daşınmaz əmlak

İmtiyazlar

  • Servislə təmin olunur
  • Nahar təminatı
  • Mobil nömrə