Yeni əməkdaşların adaptasiya prosesinin təşkili, mentorların müəyyən edilməsi və zəruri təminatlarla təchiz olunması üzrə aidiyyəti struktur bölmələrlə koordinasiyanı həyata keçirmək;
Əməkdaşlarla korporativ münasibətlərin və iş mühitinin yaxşılaşdırılması, işəgötürən imicinin və əmək bazarında nüfuzunun gücləndirilməsi istiqamətində təşəbbüslər hazırlamaq və müvafiq tədbirlərin həyata keçirilməsində iştirak etmək;
Daxili kommunikasiya kanallarının və müvafiq sosial media hesablarının idarə olunmasını təmin etmək;
Əməkdaşların iş məmnuniyyətinin və əməyin səmərəliliyinin artırılması, iş mühitinin yaxşılaşdırılması üzrə korporativ təşəbbüs və xidmətlərin icrasında iştirak etmək;
İşdən çıxış müsahibələrini təşkil etmək, nəticələri sistemləşdirmək və təhlil etməklə kadr axınının əsas səbəblərini müəyyənləşdirmək, onların aradan qaldırılması üzrə təkliflər hazırlamaq;
Əməkdaşların dövlət və sahə təltiflərinə təqdim edilməsi, eləcə də mükafatlandırılması prosesinin təşkili və rəsmiləşdirilməsində iştirak etmək;
Korporativ dəyərlərin təşviqi, sosial-korporativ və motivasiya tədbirlərinin təşkili üzrə təkliflər hazırlamaq və onların həyata keçirilməsində iştirak etmək;
Şöbəyə daxil olan müraciət, məktub və digər sənədləri aidiyyəti üzrə nəzərdən keçirmək, müvafiq cavabların hazırlanmasını təmin etmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi üzrə təhsil üstünlükdür);
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 3 il;
İngilis dili və Rus dili biliyi üstünlükdür;
AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini üzrə məlumatlılıq;
Güclü ünsiyyət və təşkilatçılıq, komandada işləmək bacarığı;
Analitik düşünmə, problem həll etmə və yüksək məsuliyyətlilik qabiliyyəti.