Struktur bölmələrdən daxil olan işçi tələblərini qəbul etmək, yoxlamaq və icrasını təmin etmək;
Xətti rəhbərlər və komanda üzvləri ilə sıx əməkdaşlıq edərək uğurlu işə qəbul nəticələrinin əldə olunmasını təmin etmək;
İşə qəbul prosesinin bütün mərhələlərini müəyyən edilmiş müddət və keyfiyyət standartlarına uyğun şəkildə idarə etmək;
Müxtəlif vəzifələr üzrə əmək bazarını və istedad tendensiyalarını mütəmadi olaraq təhlil etmək;
Namizədləri vəzifə tələbləri, təhsil səviyyəsi və peşəkar təcrübələri əsasında qiymətləndirmək, uyğun namizədləri aidiyyəti xətti rəhbərlərə təqdim etmək;
Vakansiyaları karyera portalında, sosial media platformalarında və digər daxili və xarici iş elanları resurslarında yerləşdirmək;
Namizədləri işə qəbul prosesinin bütün mərhələləri və yekun nəticələri barədə vaxtında məlumatlandırmaq;
İşə qəbul fəaliyyəti üzrə hesabatların hazırlanmasını və müvafiq göstəricilərin izlənilməsini həyata keçirmək;
Daxili və xarici kadr ehtiyatı bazalarının formalaşdırılması və inkişaf etdirilməsində iştirak etmək;
Müsahibə komissiyalarının formalaşdırılması və onların işə qəbul prosesləri üzrə maarifləndirilməsi istiqamətində tədbirlər həyata keçirmək;
İşə qəbul prosesi ilə bağlı daxil olan vətəndaş müraciətlərini araşdırmaq və cavablandırmaq;
Şöbənin fəaliyyət sahəsinə uyğun layihələrdə iştirak etmək və təşəbbüslərlə çıxış etmək.
Tələblər
Təhsil səviyyəsi: Ali (İqtisadiyyat, İnsan resurslarının idarə edilməsi üzrə təhsil üstünlükdür);
İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 1 il;
Xarici dil: İngilis dili və Rus dili - üstünlükdür;
Müvafiq sahədə beynəlxalq sertifikatlar üstünlükdür;
AR Əmək Məcəlləsini və mövcud əmək qanunvericiliyini yaxşı səviyyədə bilməli;
İsurslarının idarə edilməsi, xüsusilə işə qəbul modulu üzrə nəzəri və praktiki biliklərə malik olmaq;
Analitik düşünmə, problem həll etmə və əsaslandırılmış qərarvermə bacarıqlarına malik olmaq.