Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Keyfiyyət Təminatı üzrə aparıcı mütəxəssis

Keyfiyyət Təminatı üzrə aparıcı mütəxəssis

Dünən

439

Təsvir

  • İnteqrasiya edilmiş idarəetmə sistemi (İMS) standartlarının tətbiqini və uyğunluğunun təmin edilməsini, habelə müvafiq sənədlərin icrasına nəzarəti təmin etmək;
  • Keyfiyyət idarəetmə sisteminə daxil olan sənədlərin hazırlanmasını, yenilənməsini və tətbiqini təmin etmək;
  • Proseslərin və əməliyyatların monitorinqini aparmaq, aşkar olunan uyğunsuzluqları qeyd etmək və onların aradan qaldırılmasına nəzarət etmək;
  • KİS-in auditi zamanı kənar auditorları müşaiyət etmək, kənar auditor tərəfindən yoxlama zamanı tələb olunan məlumatları və ya sənədləri təqdim etmək, proseslərin gedişatını izah etmək;
  • KİS-in daxili yoxlama nəticələrinə dair hesabatları hazırlamaq, razılaşdırmaq və aidiyyəti struktur bölmələrə çatdırmaq;
  • KİS-də daxili və kənar yoxlamalar nəticəsində aşkarlanan uyğunsuzluqların aradan qaldırılması üçün müəyyən olunmuş tədbirlərin vaxtında və düzgün şəkildə həyata keçirilməsinə nəzarət etmək və nəticələri barədə məlumatı menecerə təqdim etmək;
  • Keyfiyyət göstəricilərini təhlil etmək və hesabatların hazırlanmasını həyata keçirmək.

Tələblər

  • ISO 9001:2015 – Keyfiyyət İdarəetmə Sistemi üzrə biliklər;
  • Audit prinsipləri və daxili auditlərin planlaşdırılması, keçirilməsi və hesabatlandırılması üzrə biliklər;
  • Proseslərin optimallaşdırılması və davamlı təkmilləşdirmə metodlarının tətbiqinə dair biliklər;
  • Normativ sənədlərlə işləmək və onların tətbiqi üzrə metodoloji biliklər;
  • Elektron informasiya sistemlərindən istifadə qaydalarına dair biliklər;
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, gigiyena və sanitariya qaydaları, o cümlədən yanğından mühafizə üzrə norma və qaydaları bilmək.

Vakansiya haqqında

Son tarix

February 19, 2026

Paylaşılıb

yanvar 30, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə

İmtiyazlar

  • Nahar şirkət tərəfindən təmin edilir.
  • Avadanlıq ilə təminat
  • Mobil nömrə