Fəaliyyətini Azərbaycan Respublikasının mövcud olan qanunvericiliyinə, eyni zamanda ADY daxili normativ sənədlərə, şöbənin daxili iş prosesinə əsasən və yenilikləri nəzərə almaqla həyata keçirmək;
Keyfiyyət İdarəetmə Sisteminin tələbləri istiqamətində lazımi qaydaların, təlimatların, proseslərin, prosedurların və digər normativ sənədlərin tərtib edilməsində, həmin sənədlərə müvafiq dəyişikliklər edilməsində iştirak etmək;
Keyfiyyət İdarəetmə sistemlərinin tələblərinin icra edilməsi, düzəldici fəaliyyətlərə nəzarət edilməsində iştirak etmək;
Təsdiq edilmiş plana uyğun daxili yoxlamaların keçirilməsində, aşkar edilmiş uyğunsuzluqların aradan qaldırılması istiqamətində tənzimləyici tədbirlərin icrasına nəzarət edilməsi və onların səmərəliliyinin qiymətləndirilməsi və oxşar uyğunsuzluqların gələcəkdə baş verməməsi üçün aidiyyəti struktur bölmələrlə birlikdə qabaqlayıcı tədbirlərin hazırlanmasında iştirak etmək;
Rəhbərlik tərəfindən keçirilən iclaslar üçün Keyfiyyət Menecment Sisteminin analizində zəruri olan məlumatları toplamaq və sistemləşdirmək;
Vəzifə öhdəlikləri ilə əlaqədar aylıq, rüblük və illik hesabatları hazırlamaqla şöbə müdirinə təqdim etmək;
ADY üzrə Beynəlxalq Keyfiyyəti İdarəetmə Sistemi standartlarının tətbiqinin həyata keçirilməsində fəal iştirak etmək;
İdarəetmə sistemlərinin tələblərinə uyğun (ISO 9001) daxili auditlərin keçirilməsində iştirak etmək;
ADY-nin korporativ kodeksinə əməl etmək.
Tələblər
Təhsil: Ali müvafiq sahə üzrə
Sahə üzrə 2-3 il təcrübənin olması arzu olunandır.
Dil bilikləri: İngilis dili, Rus dili
Rəqamsal biliklər: MS Office, MS Outlook, MS Visio, Draw i.o
ISO 9001 Keyfiyyət İdarəetmə beynəlxalq standartı (İSO 27001:2022, İSO 10002:2018, İSO 14001:2015, İSO 45001:2018 arzu olunandır)
Keyfiyyətin idarəolunması sahəsində qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədlər