Operator-məlumatcı qatarların, vaqonların, yüklərin gəlməsi barədə məlumatları qəbul etmək və ötürmək;
Daşıma sənədlərini qəbul etmək, qatarda olan vaqonların çəkilərini, uzunluqlarını hesablamaqla qatar heyyətini müəyən etmək;
Qatarların düzgün tərtibatına nəzarət edir, qatarların uzunluğunun, çəkilərinin müəyyən edilmiş normalarına riayət edir, xüsusi hərəkət heyyətlərinin, xüsusi təyinatlı yüklərlə yüklənmiş vaqonların daşınma və sahibinə çatdırılma müddətində hərəkətini təmin etmək;
Qatarların, vaqonların, yüklərin kodlaşdırılmasını aparmaq bu barədə və digər məlumatları yükalıcılarına çatdırmaq;
İşçi parkında olan vaqonların nömrlərinin, boşdayanmalarının, müşayət olunan qiymətli yüklərin, sənədsiz vaqonların, vaqonsuz sənədlərin, nasaz vaqonların, xüsusi yüklərlə yüklənmiş vaqonların, bir dəmir yolundan başqa dəmir yoluna ötürülən vaqonların hesabatını aparmaq;
Natura vərəqinin tərtib olunmasını, vaqonların şərti işarələndirilməsini, vaqonların kodlaşdırılması qaydalarını və tərtibat planını bilmək.
Tələblər
Ümumi təhsil;
Ofis proqramları ilə işləmə bacarığı;
İnformasiya maketlərinin tərtib edilməsi və ötürülməsinə dair biliklər;
Diqqətlilik, nəticəyönümlülük, peşəkar ehtiyatlılıq və məlumatların idarə edilməsi bacarığı.