İş rejimi: gündəlik;
Sahənin ərazisində yolun cari təmiri ilə məşğul olan məntəqələrdə kiçik maşın və mexanizmlərin hesabatını aparmaq və onların gündəlik təmiri ilə məşğul olmaq;
Kiçik maşın və mexanizmlərin işləmə qaydalarını yol briqadirlərinə və yol montyorlarına öyrətmək, AB-2, AB-4 markalı səyyar elektrik stansiyası ilə iş icra olunarkən müvafiq işə nəzarət etmək və yol işçilərinin təhlükəsiz iş mühitini təmin etmək;
Yol maşınının hərəkət qrafikini tərtib edərək idarə rəisinin təsdiqinə vermək, əmr üçün müvafiq planları razılaşdırmaq, onun işinə, hərəkətinə nəzarət etmək və icra olunan işləri sənədləşdirmək;
Sahənin balansında olan bütün maşın və mexanizmlərin daimi iş prosesini təşkil etmək, kiçik təmirini etmək, onların yanacaq hesabatını aparmaq;
İstehsalatda istifadə olunan materialların və ehtiyat hissələrinin alınmasın üçün verilən sifarişi təmin etmək;
Təmir arası istifadə olunan alətlərə, onların dözümlülüyünə texniki nəzarət etmək;
Daxili intizam, yanğın təhlükəsizliyi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək.
Təhsil pilləsi: Ali (müvafiq sahə üzrə)
Son tarix
oktyabr 22, 2024
Paylaşılıb
sentyabr 12, 2024
Vakansiya növü
Tam ştat