Azərbaycan Dəmir Yolları

Mühasib (Gəncə)

18-04-2025

362

Təsvir

  • Mühasibat hesabının müxtəlif sahələri üzrə əməliyyatları (əsas vəsaitlərin, əmtəə-maddi qiymətlilərin, istehsala çəkilən xərclərin, məhsulun satılmasının, təsərrüfat-maliyyə fəaliyyətinin nəticələrinin hesabının aparılması, sifarişçilərin-tədarükçülərin hesabı, eləcə də göstərilən xidmətlərə və s. hesabı) yerinə yetirmək;
  • Əsas vəsaitlərin uçotunu aparmaq, mədaxili, yerdəyişməsi və silinməsini sənədləşdirmək.
  • İnventarizasiyanın aparılmasında və sənədləşdirilməsində iştirak etmək;
  • Mühasibatlıq sənədlərinin 1C mühasib proqramına daxil etmək;
  • Hesabatın hazırlanması üçün tabeli təşkilatlardan məlumatı toplamaq və təhlil etmək;
  • Ezamiyyətə gedən işçilərin gündəlik və kommunal xərclərinin ödənilməsi üçün ezamiyyə vərəqələrinə uyğun hesabatı işçilərdən qəbul etmək və nəzarəti həyata keçirmək;
  • Departamentin anbarı üzrə mal-materialların uçotunu aparmaq, sahələr üzrə mal-material hesabatların qəbul etmək və yoxlamaq;
  • Materialların, yanacağın, pul vəsaitlərinin sərf olunmasının düzgünlüyünə nəzarət etmək.

Tələblər

  • Təhsil: Ali (maliyyə, mühasibatlıq, iqtisadiyyat və ya müvafiq digər sahə);
  • İş təcrübəsi: Ən azı 1 il;
  • Azərbaycan Respublikasının Mühasibat uçotu haqqında qanunu və digər qanunvericilik aktları
  • Mühasibat hesabının metod və formaları, uçot və hesabatı; 
  • Hesabatların plan və korrespondensiyası;
  • Hesabat sahələri üzrə sənəd dövriyyəsinin təşkili Sənədlərin rəsmiləşdirilməsi, təsərrüfat vəsaiti və onun hərəkətinin mühasibat hesabı sistemində əks olunma qaydaları;
  • Hesablama texnikasının istismarı qaydaları;
  • Diqqətlilik, analiktik düşüncə və peşəkar ehtiyatlılıq bacarıqları;
  • Kompüter biliyi: Microsoft Office və 1C proqramlarında sərbəst işləmək;
  • Dil biliyi: Azərbaycan dilində mükəmməl yazı və danışıq, İngilis və ya Rus dili bilikləri üstünlükdür.

Vakansiya haqqında

Son tarix

May 1, 2025

Paylaşılıb

aprel 18, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə