Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Mühəndis (Texnoloji nəqliyyat xidməti)

Mühəndis (Texnoloji nəqliyyat xidməti)

12-07-2026

143

Təsvir

  • Gündəlik iş rejimi;
  • Texnoloji nəqliyyat xidmətində cari təmirinin və texniki xidmətinin təşkili və aparılması işlərini həyata keçirmək;
  • Avtonəqliyyat, dəmiryol və xüsusi təyinatlı texnikaların yüksək texniki hazırlığının təmin edilməsinə görə sistematik iş aparmaq;
  • Yeni markalı avtonəqliyyat, dəmiryol və xüsusi təyinatlı texnikaların xüsusiyyətinin öyrənilməsi məqsədilə sürücülərə, maşinistlərə təmir işçilərinə və mühəndis texniki işçilərlə texniki təhsilin təşkili və keçirilməsi işlərini təşkil etmək; 
  • Avtonəqliyyat, dəmiryol və xüsusi təyinatlı texnikaların təmirinin və texniki qulluğunun təşkilinin təkmilləşdirilməsi üzrə iş aparmaq;
  • Avtonəqliyyat, dəmiryol və xüsusi təyinatlı texnikaların hərəkətin təhlükəsizliyinə təsir edən hissələrin, aqreqatların və sistemlərin təmiri üçün təmir fəhlələrinin təhkim edilməsi haqqında əmr layihəsini hazırlamaq;
  • Avtonəqliyyat, dəmiryol və xüsusi təyinatlı texnikaların Texnoloji nəqliyyat xidmətin balansına qəbul edilməsi haqqında əmr hazırlamaq və müvafiq şöbələrlə razılaşdırılmasını təmin etmək;
  • Texnoloji nəqliyyat xidmətin kadrlar və istismar şöbələri ilə birlikdə sürücülərin, maşinistlərin və təmir fəhlələrinin ixtisaslarının artırılması və hazırlıq planlarını tərtib etmək;
  • Şinlərin, təkər cütlərinin və akkumulyatorların uçotunu aparmaq;Avtonəqliyyat, dəmiryol və xüsusi təyinatlı texnikaların dəstələrinin fəaliyyətini istiqamətləndirmək və tənzimləmək;
  • Avtonəqliyyat, dəmiryol və xüsusi təyinatlı texnikaların texniki nasazlıqlarının baş verməsi səbəblərini öyrənmək, onların aradan qaldırılması və xətdəki nəqliyyat vasitələrinə texniki qulluğun keyfiyyətli yerinə yetirilməsi üçün təkliflər vermək;
  • Texniki nasazlığa görə avtonəqliyyat, dəmiryol və xüsusi təyinatlı texnikaların xətdən qayıtma hadisələrinin təhlilini aparmaq;
  • Fəhlələrin və sürücülərin ixtisaslarının artırılması üzrə tədbirlər həyata keçirmək; 
  • Avtonəqliyyat, dəmiryol və xüsusi təyinatlı texnikaların texniki baxışdan keçmələri üçün qrafik tərtib etmək;
  • Avtonəqliyyat, dəmiryol və xüsusi təyinatlı texnikaların və normativ sənədlərə uyğun olaraq yükgötürmə qabiliyyətini müəyyənləşdirmək;
  • İstehsalatda gözlənilən boşdayanmaların qarşısını almaq üçün tədbirlər işləyib hazırlamaq və həyata keçirmək.

Tələblər

  • Təhsil: müvafiq sahə üzrə ali təhsil;
  • İş təcrübəsi: müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi arzuolunandır;
  • Şöbənin fəaliyyət istiqaməti ilə bağlı Azərbaycan Respublikasının müvafiq qanunvericiliyini, yuxarı təşkilatların əmr, qərar və sərəncamları
  • Avadanlıqlar üzrə metodiki, normativ və digər rəhbər materialları
  • Nəqliyyat vasitələrinin cari təmirinin və texniki xidmətinin təşkili, avadanlıqlarının istehsal gücünü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimi, onların istismar qaydaları, montaj və təmir metodları
  • Əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizə qayda və normaları
  • Nəqliyyat vasitələrinin cari təmirinin və texniki xidmətinin təşkili, avadanlıqlarının istehsal gücü, texniki xarakteristikası, konstruktiv xüsusiyyətləri, iş rejimini, onların istismar qaydaları
  • Montaj və təmir metodları, təlimatları tərtib etmək qaydası, müəyyən olunmuş hesabatın tərtibinin qayda və müddətlərinə dair qaydaları
  • Planlaşdırma
  • İnnovativlik
  • Təşkilatçılıq
  • İnnovasiyaların idarə edilməsi.

Vakansiya haqqında

Son tarix

July 20, 2026

Paylaşılıb

iyul 12, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat