Ələt qəsəbəsi (Sinifdənkənar Baş Ələt sərhəd stansiyası)
Tam ştat
03-06-2026
498
Bağlanılıb
Təsvir
Post ərazisində bütün manevr işlərinin təhlükəsiz və fasiləsiz icrasını təmin etmək, qatarların qəbul və yola salınmasını təşkil etmək;
Nəzarət cihazlarının göstəricilərinə əsasən marşrutların düzgün hazırlanmasına nəzarət etmək, uyğunsuzluqlar aşkar edildikdə operativ tədbirlər görmək və nasazlıqları qeydiyyata alaraq stansiya növbətçisini məlumatlandırmaq;
Stansiya yollarında qatar və vaqonların Texniki Sərəncam Aktına uyğun olaraq tormoz başmaqları ilə etibarlı şəkildə bərkidilməsini təmin etmək;
Stansiya yollarında dayanan hərəkət heyətinin hüdud sütuncuqlarından kənara çıxmamasına nəzarət etmək;
Manevr heyətinə hərəkət göstərişi verməzdən əvvəl marşrut üzrə yoldəyişənlərin düzgün vəziyyətdə olmasını yoxlamaq;
Siqnal ləvazimatlarının, inventarın və alətlərin tamlığına və yerində olmasına mütəmadi nəzarət etmək;
Yoldəyişənlərin vəziyyətini, post rayonunda yerləşən hərəkət heyətini və tormoz başmaqlarının düzgün bərkidilməsini yoxlayaraq təhlükəsizliyi təmin etmək.
Tələblər
Ümumi təhsil;
Növbəli iş rejimi;
Dəmir yollarının Texniki İstismar Qaydaları, İşarəvermə Təlimatı, Qatarların hərəkəti və manevr işinə dair təlimatına əsaslanan nəzəri biliklər;
Tormoz başmaqları istismarı və saxlanma qaydaları üzrə biliklər;
Əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydaları üzrə məlumatlılıq;