Azərbaycan Dəmir Yolları

Protokol şöbəsinin müdiri

Bu gün

28

Təsvir

  • Təşkilat rəhbərliyinin yerli və beynəlxalq qurumların yüksək səviyyəli nümayəndələri ilə görüşlərini təşkil etmək, görüşlərdən irəli gələn məsələlərin icrasını təmin etmək və protokol xidmətini həyata keçirmək 
  • Rəhbərliyin xarici səfərləri, rəsmi görüşlərə dəvətlər və daxil olmuş məktublara cavabların hazırlanması və icrasına nəzarət etmək 
  • Xarici tərəfdaşların və dəvət olunmuş qonaqların qarşılanması, müşayiəti və ölkədə qalması ilə bağlı məsələlərin protokol qaydalarına uyğun təşkilini təmin etmək 
  • Rəhbərliyin xarici səfərləri ilə bağlı təşkilati və sənədləşmə işlərinə rəhbərlik etmək 
  • Rəsmi və işgüzar yazışmaların və danışıqların aparılmasında iştirak etmək, onların protokol qaydalarına uyğunluğunu təmin etmək 
  • Rəhbərliyin iştirakı ilə keçirilən yerli və beynəlxalq səviyyəli tədbirlərin (konfrans, sərgi, seminar, dəyirmi masa və s.) təşkilində iştirak etmək 
  • Fəaliyyət istiqamətləri üzrə yerli və beynəlxalq təcrübəni öyrənmək, yeniliklərin tətbiqi və təşkilatın fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində təkliflər vermək 
  • Rəhbərlik etdiyi struktur əməkdaşları arasında vəzifə və iş bölgüsünü aparmaq, fəaliyyətlərini əlaqələndirmək, əmək və icra intizamına nəzarət etmək.


Tələblər

  • Təhsil səviyyəsi: Müvafiq sahə üzrə ali təhsil  
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 5 il 
  • İngilis və rus dilləri üzrə yüksək səviyyədə şifahi və yazılı kommunikasiya bacarığı 
  • Azərbaycan Respublikası tərəfindən ratifikasiya olunmuş beynəlxalq sənədlər (konvensiya, memorandum, saziş, protokol və s.) üzrə biliklər 
  • Azərbaycanın müvafiq sahədə xarici siyasətinin əsas istiqamətləri barədə ümumi biliklər 
  • Dövlət protokolu qaydaları üzrə biliklər 
  • Elektron sənəd dövriyyə sistemindən istifadə bacarığı 
  • Qərar vermə  
  • İşin idarə edilməsi və ölçülməsi 
  • Yüksək təşkilatçılıq bacarığı 
  • Şifahi və yazılı ünsiyyət 
  • Məlumatların idarə edilməsi 


Vakansiya haqqında

Son tarix

March 30, 2026

Paylaşılıb

mart 17, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər