Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Rabitə və işarəvermə üzrə böyük elektrik mexaniki (Hacıqabul, Yevlax)

Rabitə və işarəvermə üzrə böyük elektrik mexaniki (Hacıqabul, Yevlax)

03-10-2025

210

Təsvir

  • İşarəvermə mərkəzləşmə bloklama (İMB) qurğularına texniki xidmət göstərilməsini, plan-cədvəl üzrə elektrik mexaniklərinin və elektrik montyorlarının işini öz sahəsində təşkil etmək, onların işini müntəzəm sürətdə yoxlamaq, qurğulara düzğün və fasiləsiz xidmət göstərilməsini təmin etmək;
  • İşlərin icrası qaydalarını, öz sahəsinin qurğularının quruluşunu nəzəri və praktiki baxımdan bilmək və onlara xidmət göstərməyi bacarmaq: çilingər, quraşdırma və qurğularda təmir, nizamlama və elektrik ölçmələrinin aparılması işlərini bilmək;
  • Müntəzəm sürətdə biliklərini artırmaq və iş üsullarını təkmilləşdirmək, qurğulara xidmət göstərilməsinin mütərəqqi üsullarını mənimsəmək və tədbiq etmək, öz təcrübə və biliklərini tabeliyində olanlara öyrətmək;
  • İMB qurğularının vəziyyətini, həmçinin elektrik mexanikləri və elektrik montyorları tərəfindən işlərin təlimatların tələblərinə uyğun yerinə yetirilmə və rəsmiləşdirilməsi qaydalarına riayət etmələrini yoxlamaq;
  • Qatarların hərəkətinin təhlükəsizliyinin təmin edilməsi üzrə tədbirlər haqqında elektrik mexaniklərlə gündəlik təlimat aparır, onların İMB qurğularının təmiri və texniki xidməti üzrə işləri düzgün yerinə yetirmələrinə dair biliklərini yoxlamaq;
  • Xidmət etdiyi sahə üzrə fəaliyyətdə olan İMB qurğularının elektrik sxemlərində olunan dəyişikliklərlə bağlı işlərə rəhbərlik edir və onların icra olunması prosesində şəxsən iştirak etmək;
  • Elektrik mexaniklərə və elektrik montyorlarına nasazlıqların aradan qaldırılması və nasazlıqların səbəblərinin araşdırılması üsullarına dair praktiki təlimlər keçmək, həmçinin işarəvermə və rabitə sahəsinin rəhbərliyi tərəfindən təsdiq edilmiş müvafiq plan üzrə İMB qurğularının xidmət texnologiyalarının və qüvvədə olan təlimatlarının elektrik mexaniklərə və elektrik montyorlarına öyrədilməsi üzrə işləri həyata keçirmək;
  • Qatarların hərəkət təhlükəsizliyinin təmin edilməsi tələblərinin, əməyin mühafizəsi, yanğın təhlükəsizliyinə dair qayda və təlimatların, həmçinin, sanitar qayda və normaların tələblərinin yerinə yetirilməsinə nəzarət etmək və əməyin mühafizəsi üzrə xüsusi jurnalda qeydiyyatlar aparmaqla təlimatlar keçmək;
  • Plan-qrafikləri, operativ planları, İMB qurğularının qış mövsümünə hazırlıq planlarını hazırlamaq və onların icrasını təmin etmək;
  • Öz sahəsinin qurğularının qış şəraitində işə hazırlığını vaxtlı-vaxtında yoxlamaq və təmin etmək;
  • Xidmət göstərdiyi sahənin hüdudlarında xüsusi briqadalar, yaxud təşkilatlar tərəfindən təmir, tikinti-quraşdırma işlərinin icrası zamanı işlərin müəyyən olunmuş qaydada yerinə yetirilməsinə nəzarət etmək.

Tələblər

  • Müvafiq sahə üzrə ali təhsil;
  • Sahə üzrə minimum 3 il iş təcrübəsi;
  • İMB sahəsində olan qurğu və avadanlıqların, quruluşunu, şərtləri, prinsipial və montaj sxemləri bilməli;
  • İMB qurğuların idarə etmə sxemləri avadanlığın avtomatika və qoruyucuları haqqında məlumatlı olmaq;
  • İMB sahəsinin qurğularının istismarı vaxtı istehsalat sanitariyasını və texniki təhlükəsizlik qaydası haqqında məlumatlı olmaq;
  • İMB qurğularına xidmət təlimatlarını, texniki xüsusiyyətlərini bilmək.

Vakansiya haqqında

Son tarix

October 30, 2025

Paylaşılıb

oktyabr 3, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Logistika və nəqliyyat