Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Risk inzibatçılığı üzrə aparıcı mütəxəssis

Risk inzibatçılığı üzrə aparıcı mütəxəssis

06-10-2025

111

Təsvir

  • Risklərin idarə edilməsi məqsədi ilə ADY-nin digər struktur bölmə və qurumlarından alınmış məlumatları təhlil etmək, müxtəlif sahələrdə riskləri müəyyən etmək və onların vaxtaşırı qiymətləndirilməsində iştirak etmək;
  • Risklərin müəyyənləşdirilməsi və qiymətləndirilməsi üzrə müvafiq metod və alətləri seçmək və onların həyata keçirilməsi tezliyini müəyyən etmək, risklərin effektiv idarə edilməsi üçün onların qəbul edilməsi, minimallaşdırılması, ötürülməsi, habelə riskdənqaçma kimi tədbirlərin həyata keçirilməsi ilə bağlı şöbə müdirinə təkliflər vermək;
  • Risklərin idarə edilməsi strategiyası və siyasətinə riayət edilməsinin monitorinqini aparmaq və kənarlaşmalar barədə hesabatı şöbə müdirinə təqdim etmək;
  • ADY risk iştahası bəyannaməsinin hazırlanmasında iştirak etmək və təklifləri rəhbərliyə təqdim etmək;
  • Risklərə qarşı görülən tədbirlərin hazırlanmasında iştirak etmək və şöbə müdirinə hesabat təqdim etmək;
  • Tapşırılmış istiqamətlər üzrə risklərin idarə edilməsi sahəsində araşdırmalar aparılmaq və hesabatlar hazırlanmaq.

Tələblər

  • Təhsil səviyyəsi: Ali (Müvafiq sahə üzrə) ;
  • Müvafiq sahə üzrə ən azı 2 il iş təcrübəsi;
  • Kompüter bilikləri: MS Office (sərbəst);
  • İşgüzar yazışma qaydalarının əsasları üzrə biliklər;
  • Peşəkar ünsiyyət psixologiyası üzrə biliklər;
  • Fəaliyyət sahəsi üzrə qüvvədə olan normativ hüquqi və təlimat-metodik sənədləri istifadə etməyi bacarığı üzrə biliklər

Vakansiya haqqında

Son tarix

October 19, 2025

Paylaşılıb

oktyabr 6, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə