Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Texnologiyaların tətbiqi və inkişafı şöbəsi - Şöbə rəisi (Sərnişin daşımaları departamenti)

Texnologiyaların tətbiqi və inkişafı şöbəsi - Şöbə rəisi (Sərnişin daşımaları departamenti)

Dünən

398

Təsvir

  • Şöbənin fəaliyyətini təşkil etmək və ona rəhbərlik etmək;
  • Şöbənin mütəxəsissləri arasında iş bölgüsü aparmaq, onların fəaliyyətinə, icra və xidmət intizamına riayət etmələrinə nəzarət etmək;
  • Həvalə olunmuş proseslərin icrasını təmin etmək məqsədilə tərtib edilmiş iş planlarını və habelə iş planında nəzərdə tutulmuş tədbirlərin vaxtında və keyfiyyətlə icra edilməsini təmin etmək;
  • Tapşırıqların təyin edilməsinin formalaşdırılması, onların alqoritmləşdirilməsi üzərində işin aparılması, sistemin ayrı-ayrı elementlərinin həllərinin yazılması imkanlarının müəyyənləşdirilməsi, müasir texnalogiyaların tətbiqi üzrə standartlardan istifadə üçün təkliflər hazırlayıb və onların tətbiqində iştirak etmək;
  • Lazımi məlumatların hazırlanmasını həyata keçirmək və avtomatlaşdırılmış idarəetmə sisteminin və onun ayrı-ayrı modul, mərhələlərinin və alt sistemlərinin dizaynı üçün texniki şərtlərin hazırlanmasında, texniki layihələrin və işçi quruplarının hazırlanmasında iştirak etmək, müasir texnalogiyaları təşviq və tətbiq etmək;
  • Tətbiq olunmuş sistemdəki xətaların və pozuntuların analizini aparmaq, səbəblərini araşdırmaq, onların aradan qaldırılması və qarşısının alınması, müasir texnalogiyaların tətbiq üzrə keyfiyyəti və etibarlılığının artırılması üçün təkliflər hazırlamaq;
  • Bütün alt sistemlər üçün təşkilati və texniki dəstəyi nəzərə alaraq texnalogiyaların tətbiqinin və inkişafının müəyyən edilmiş tapşırıqları barədə məlumatların işlənməsi məqsədi ilə texnoloji sxemlər hazırlamaq;
  • Müasir texnalogiyaların tətbiqi və istifadəsi üçün vəsaitlərin yaradılması, istifadəsi ilə bağlı tədris materialları, təlimatlar və digər texniki sənədlərin layihələrini hazırlamaq;
  • Departament iş axınının yaxşılaşdırılması istiqamətində fəaliyyət aparmaq, avtomatlaşdırılmış iş yerlərinə nəzarət, istifadə olunan texniki avadanlıq, təşkilati və inzibati sənədlərin məzmunu üzrə tələblər formalaşdırmaq;
  • Şöbədə işgüzar mühitin yaxşılaşdırılması və işçilərin faydalı iş əmsalının artırılması üçün müvafiq tədbirlər görmək;
  • Şöbə üzrə müzakirə olunmalı məsələləri müəyyən etmək və bu barədə təklifləri rəhbərliyə təqdim etmək, şöbə tərəfindən təşkilati sənədlərin vaxtında və lazımi səviyyədə icrasını təmin etmək;
  • Departamentin informasiya sisteminə və onun fəaliyyətinə aid layihə sənədlərinin, texniki tapşırıqların və xərclər smetasının hazırlanmasını təmin etmək;
  • Digər departament və şöbələrin prosedurlarını informasiya təhlükəsizliyi standartlarına uyğunlaşdırmaq; Şöbənin əməkdaşları barəsində mükafatlandırma və intizam tənbeh tədbirləri görülməsi üçün rəhbərliyə təqdimatlar hazırlamaq.

Tələblər

  • Təhsil səviyyəsi: Müvafiq sahə üzrə ali təhsil;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 5 il iş təcrübəsi;
  • Müasir kompüter texnologiyaları, rabitə və rabitə vasitələri ilə bağlı biliklər, İş axınının avtomatlaşdırılması, hesabat və analitika üzrə biliklər;
  • Avtomatlaşdırılmış iş yerlərində nəzarət sistemlərinin və layihələrinin işlənib hazırlanması qaydasına dair biliklər;
  • Şəbəkə infrastrukturunun dəstəklənməsi üzrə profilaktik və gündəlik işlər;
  • Təhlükəsizlik və Məlumatların Məxfiliyi;
  • Xarici dil: Rus/İngilis dili - Yaxşı səviyyədə;
  • MS Office, MS Windows və IT Essentials - Yaxşı səviyyədə;
  • İşin düzgün idarə edilməsi və ölçülməsi;
  • İnnovativlik;
  • Problem həlletmə.

Vakansiya haqqında

Son tarix

December 24, 2025

Paylaşılıb

dekabr 9, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik