Azərbaycan Dəmir Yolları

Tikinti meneceri

Bu gün

76

Təsvir

  • Tikinti sahəsində bütün növ işlərin layihəyə, təhlükəsizlik qaydalarına, tikinti standardlarına, texniki spesifikasiyaya tam uyğun aparılmasına nəzarət etmək və idarə etmək;
  • Sahədə görülən işləri koordinasiya etmək;
  • Tikinti işlərinin gedişatına, təşkilinə və keyfiyyətinə nəzarət etmək, gündəlik iş tərəqqisini nəzərdən keçirmək və hesabat hazırlamaqla rəhbərliyi məlumatlandırmaq;
  • Tikinti işlərində və sahədə işçilərə olan tələbatı müəyyən etmək;
  • Materialların hesabatına, sifariş olunmasına ve çatdırılmasına nəzarət etmək;
  • Layihədə dəyişikliklər və ya hər hansı razılaşma, rəhbərliyin təlimatları barədə layihəçi-memarlarla, texniki nəzarətçilərlə, subpodratçılarla, təchizatçılarla müzakirələr aparmaq;
  • Layihənin sahə işlərinə plan üzrə nəzarət və idarə etmək;
  • Podradçıların işinə nəzarət etmək;
  • İşin keyfiyyətinə nəzarət etmək;
  • İş qrafikini kontrol etmək;
  • İşlərin yerinə yetirilməsi məqsədi ilə tabelikdə olan struktur bölmələrə və ya işçilərə rəhbərlik etmək;
  • Tikinti sahəsində olan zərərləri, hadisələri, gecikmələri araşdırmaq, koordinasiya etmək və bunlara qarşı düzgün tədbirlərin görülməsini təmin etmək;
  • Təhlükəsizlik və ətraf mühitin qorunması standartlarının tələblərinə əməl etmək, daxili əmək intizamı qaydalarını, əməyin təşkilinin əsaslarını, əməyin mühafizəsi, təhlükəsizlik texnikası, istehsalat sanitariyası və yanğından mühafizənin norma və qaydalarına əməl etmək;
  • Texniki və mühəndislik problemlərini həll etmək.

Tələblər

  • Təhsil səviyyəsi: Al(Müvafiq sahə üzrə) ;
  • İş təcrübəsi: Müvafiq sahə üzrə ən az 5 il;
  • Dil bilikləri: İngilis dili;
  • Proqram bilikləri: MS Office, Autocad, MS Project;
  • Layihələrin idarə olunması üzrə standartlar barədə məlumatlı olmaq;
  • Keyfiyyətə nəzarətin həyata keçirilməsi metodikası üzrə biliklərin olması;
  • Planlaşdırma, analitik düşüncə, kommunikasiya, dəyişikliklərin idarə edilməsi, işlərin idarə edilməsi və ölçülməsi bacarıqları.

Vakansiya haqqında

Son tarix

December 24, 2025

Paylaşılıb

dekabr 12, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

5-8 il

Vəzifə dərəcəsi

Rəhbər

Təhsil

Bakalavr

Kateqoriya

Logistika və nəqliyyat