Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Vaqon daşımaları satışı şöbəsinin kiçik mütəxəssisi ("ADY EXPRESS" MMC)

Vaqon daşımaları satışı şöbəsinin kiçik mütəxəssisi ("ADY EXPRESS" MMC)

Bu gün

25

Təsvir

  • Vaqon daşımaları üçün müştəri tərəfindən göndərilən sorğuları operativ və tam cavablandırmaq;
  • Dəmiryolu əsaslı və multimodal daşımalar üzrə marşruta uyğun operativ və tam məlumatın, daşıma tariflərinin tərəfdaş şirkətlərdən yığmaq, yük daşınmaları üzrə qiyməti formalaşdırmaq və müştəriyə təqdim etmək;
  • İdxal-ixrac, tranzit və daxili daşınmalar üçün tarifləri hesablamaq;
  • Yük daşımaları üzrə yeni əmrlər, güzəştlər barədə məlumatlı olmaq, tətbiqini bilavasitə həyata keçirmək;
  • Sifarişlərin cəmiyyətin daxili proqram təminatında işlənməsi, müştərilərə daşıma kodlarının təqdim olunması; Vaqon daşımaları ilə bağlı proseslərin təşkili üçün tədbirlər görmək;
  • Vaqon daşınmaları üzrə tərəfdaş şirkətlər, terminallar və stansiyalarla, digər infrastruktur sahibləri ilə işləri koordinasiya etmək; Yük daşımanın başlanması üçün lazım olan naryadların, təlimatların və digər lazımi sənədlərin təmin edilməsini həyata keçirmək;
  • Cari vaqon daşımaları üzrə dövri hesabatlar hazırlamaq;
  • Borclu müştərilərin pul vəsaitlərinin qaytarılmasına nəzarət etmək;
  • Vaqon daşımaları üzrə qəbul olunmuş satış siyasətinə, tariflərin hesablama qaydasına riayət etmək;
  • Müştərilərlə birbaşa ünsiyyətdə olan digər struktur bölmələrlə qarşılıqlı fəaliyyət göstərmək;
  • Öz səlahiyyətinə aid olan məsələlərlə əlaqədar Cəmiyyətin daxili struktur bölmələrinə, onların əlaqədar sorğularına cavab vermək.

Tələblər

  • Təhsil pilləsi: Müvafiq sahə üzrə ali təhsil;
  • Satış texnikaları sahəsində biliklər
  • Marketinq kommunikasiyaları üzrə biliklər
  • Bazar iqtisadiyyatının əsaslarına dair biliklər
  • Əlaqələndirmə
  • Məlumatların idarə edilməsi
  • Vaxtın effektiv idarə edilməsi
  • Dil bilikləri: Yaxşı səviyyədə rus dili və ingilis dili biliyi üstünlükdür;
  • Kompüter bilikləri: Yaxşı səviyyədə Microsoft Office proqramları biliyi.

Vakansiya haqqında

Son tarix

March 31, 2026

Paylaşılıb

mart 18, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər