Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Vaqonların hərəkət sürətinin böyük tənzimləyicisi

Vaqonların hərəkət sürətinin böyük tənzimləyicisi

Dünən

273

Təsvir

  • Çeşidləmə parkının vaqonlarının hərəkət sürətinin tənzimləyiciləri arasında iş bölgüsü aparmaq, çeşidləmə zamanı onların işinə bilavasitə rəhbərlik etmək;
  • Hərəkətin təhlükəsizliyini, hərəkət tərkiblərinin və yüklərin qorunmasını, tənzimləyicilərin təhlükəsizliyini təmin etmək;
  • Tormoz başmaqlarının saz vəziyyətdə olmasını yoxlamaq, növbə üzrə tormoz başmaqlarının qeydiyyatını apamaq, nasaz tormoz başmaqlarının müvafiq işçi tərəfindən dəyişdirilməsi üçün tədbir görmək;
  • Stansiya yollarında lokomotivsiz dayanan qatar tərkibləri, vaqonlar və xüsusi hərəkət tərkiblərinin özbaşına hərəkətə gəlməməsinin qarşısını almaq üçün onları tormoz başmaqları və əl tormozları ilə bərkitmək;
  • Yollarda və yoldəyişənlərdə nasazlıq aşkar edildikdə stansiya növbətçisinə və ya təpə növbətçisinə dərhal məlumat vermək;
  • Park yollarında tormoz başmaqlarının qoyulması və götürülməsinin vəziyyətini tormoz başmaqlarının qeydiyyatı kitabında qeydiyyat aparmaq;
  • Posta məxsus olan inventarların və sənədlərin qorunmasını təmin etmək;
  • Manevr dispetçerinin, stansiya növbətçisinin və təpə növbətçisinin digər müvafiq göstərişlərini yerinə yetirmək.


Tələblər

Təhsil - orta

İş təcrübəsi: sahə üzrə 1 il

Diqqətlilik və peşəkar ehtiyatlılıq.



Vakansiya haqqında

Son tarix

May 11, 2025

Paylaşılıb

may 1, 2025

Vakansiya növü

Tam ştat

Kateqoriya

Digər