Ölkənin ən strateji qurumlarından biri olan "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Sizi həm Bakı, həm də seçilmiş regionlarda təhsil istiqamətiniz üzrə qazandığınız bilikləri təcrübəyə yaymağa dəvət edir.
Elə indi aşağıda verilmiş istiqamətlərdən birini "vəzifə başlığı" bölməsində qeyd etməklə yay təcrübə proqramında iştirak etmək şansı qazana bilərsiniz.
- Strategiya;
- Maliyyə;
- Təchizat;
- Hüquq;
- Beynəlxalq əlaqələr;
- İnsan resurslarının idarə edilməsi;
- SƏTƏM (Bakı, Gəncə, Salyan, Xaçmaz, Hacıqabul);
- Rəqəmsal layihələrin idarə edilməsi (Jira administrator);
- Rəqəmsal layihələrdə İT idarəetməsi (IT Governance);
- İT Biznes analitik;
- İnformasiya təhlükəsizliyi;
- Kommunikasiya/Rəqəmsal marketinq;
- Kommersiya;
- İqtisadiyyat və Biznes Analitikası;
- Tikinti layihələrinin idarə edilməsi;
- Sənədlərlə iş (Bakı, Gəncə).
Təcrübə proqramı dövründə Siz aşağıdakılardan faydalanmaq şansı əldə edəcəksiniz:
- Ödənişli təcrübə imkanı;
- Nəzəri biliklərinizi real iş mühitində tətbiq etmək fürsəti;
- Peşəkar heyətimizin təcrübəsindən faydalanmaq imkanı;
- Şirkətdaxili təlim fürsətləri;
- Seçilmiş istiqamətlər üzrə regionlarda təcrübə imkanı;
- Gələcək karyera imkanı.