Azərbaycan Dəmir Yolları

Yol montyoru

05-02-2026

529

Təsvir

  • Gündəlik olaraq görüləcək təmir işləri, iş yeri, istehsalat işlərinin təhlükəsizlik qaydaları haqqında müvafiq rəhbərdən cari təlimat almaq və təlimat alınması barədə müvafiq jurnalı imzalamaq;
  • İşə başlamazdan əvvəl iş alətlərinin və mühafizə vasitələrinin yararlığını yoxlamaq;
  • İş yerinə getmə və qayıtma marşurutuna əsasən görüləcək işin tərkibindən asılı olaraq yolun üst quruluşu materiallarını (yoldəyişən qurğu və onun elementləri, tipindən asılı olaraq, relslər, şpallar, tirlər, bağlayıcılar), iş alətlərini yükləmək və boşaldmaq;
  • Məsafədən asılı olaraq iş alətlərini və materialları yol vaqoncuğu və ya drezinlə daşımaq;
  • Materialların drezinə yüklənməsi zamanı kranla işləmək üçün ilməkçiləri, yolda işləyən zaman yolu çəpərləmək üçün siqnalçıları təyin etmək;
  • Tapşırıqlara əsasən təmir işlərini briqada şəklində və ya yaxın məsafədə 2 nəfərdən ibarət işçilər şəklində yerinə yetirmək;
  • Standartlara uyğun olaraq yolda əsaslı, orta və cari təmir işlərini (yoldəyişənlərin və ya elementlərinin, relslərin, şpalların, bağlayıcıların yenisi və ya nisbətən yararlısı ilə əvəz edilməsi, bərkidilməsi, yolun qaldırılması, şpalların altının döyülməsi) yerinə yetirmək, diaqnostik vaqonun nəticələrinə əsasən rels xətlərinin bir birinə nisbətini, yolun planda səviyyəsini ölçmək, darlıq və genlikləri, şaquli təkanları aradan qaldırmaq;
  • Yoldəyişənlərin təmizlənməsi, yağlanması, yolların, yolun kənarlarının otdan və alaqlardan təmizlənməsi işlərini yerinə yetirmək;
  • Körpü və süni qurğular üzrə yol montyorları tərəfindən körpülərdə, su ötürücü qurğularda təmir işlərini, axının qarşısını alan tullantıların, ot və alaqların təmizlənməsi işlərini yerinə yetirmək;
  • Bütün növ yol işlərinin yerinə yetirilməsi zaman təhlükəsizlik qaydalarına riayət etmək;
  • Elektrik alətlərlə işləyən zaman təhlükəsizlik qaydalarına riayət etmək və alətlərdə yaranan nasazlıqlar barədə iş rəhbərinə məlumat vermək.

Tələblər

  • Təhsil: Tam orta;
  • Azərbaycan dəmir yollarının texniki istismar qaydaları, Azərbaycan dəmir yollarının işarəvermə təlimatı, qatarların hərəkəti və manevr işinə dair təlimat üzrə biliklər;
  • Peşəkar ehtiyatlılıq, komanda işi, əzmkarlıq.



Vakansiya haqqında

Son tarix

February 18, 2026

Paylaşılıb

fevral 5, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Logistika və nəqliyyat