Azərbaycan Dəmir Yolları
Ana səhifə
/
/
/
Yoldəyişdirici postunun növbətçisi (Əhmədli)

Yoldəyişdirici postunun növbətçisi (Əhmədli)

Bu gün

116

Təsvir

  • Baş və qəbul göndərmə yollarında yerləşən yoldəyişənləri normal vəziyyətdə saxlamaq; 
  • Yoldəyişənləri təmiz saxlamaq, böyük yoldəyişdiricidən və ya stansiya növbətçisi tərəfindən göstəriş aldıqda manevr işləri zamanı marşrutları hazırlamaq;
  • Qeyri-adi vəziyyət aşkar edildiyi zaman manevr dispetçerinə və stansiya növbətçisinə məruzə etmək; 
  • İnsan həyatı və hərəkətlə bağlı təhlükəli şərait yaranan zaman qatarı saxlamaq üçün tədbirlər görmək;  
  • Yoldəyişənin nasazlığının aşkarı zamanı böyük yoldəyişdiriciyə və ya stansiya növbətçisinə məlumat vermək;  
  • Yoldəyişənlərdə yaranmış nasazlıq hərəkətin təhlükəsizliyinə maneə yaradarsa, yoldəyişən üzərindən hərəkəti dayandırmaq, qırmızı siqnal işarəsi qoymaq böyük yoldəyişdiriciyə və ya stansiya növbətçisinə xəbər vermək; 
  • Güclü küləkli havada müvafiq heyətin bərkidilməsini və texniki vəziyyətini yoxlamaq.

Tələblər

  • Ümumi təhsil;
  • Azərbaycan dövlət dəmiryolunun texniki istismar qaydaları üzrə biliklər;
  • Azərbaycan dövlət dəmiryolunun Qatarların hərəkəti və manevr işinə dair təlimatına əsasən işləmə bacarığı;
  • Azərbaycan dövlət dəmiryolunun İşarəvermə təlimatı barədə məlumatlılıq;
  • Diqqətlilik, şifahi ifadə bacarığı, peşəkar ehtiyatlılıq.

Vakansiya haqqında

Son tarix

December 6, 2026

Paylaşılıb

noyabr 23, 2026

Vakansiya növü

Növbə əsasında

Vəzifə dərəcəsi

Digər

Kateqoriya

Logistika və nəqliyyat