AFB Bank
Ana səhifə
/
/
/
Pərakəndə kreditlər bölmə rəhbəri ( Gəncə filialı)

Pərakəndə kreditlər bölmə rəhbəri ( Gəncə filialı)

  • AFB Bank
  • Gəncə ş., Atatürk pros. 242
  • Tam ştat

Bu gün

97

Təsvir


  • Bankın siyasəti çərçivəsində qeyd olunmuş kriteriyalara uyğun potensial müştərilərin müəyyənləşdirilməsi;
  • Müəyyənləşdirilən müştərilərin banka qazandırılmasına yönəlmiş fəaliyyətlərin göstərilməsi;
  • Pərakəndə kredit mütaciətləri üzrə tələb edilən sənədlərin toplanması, təhlil edilməsi və Kredit Komissiyasına çıxarılmasını təmin etmək;
  • Təsdiq edilmiş kreditlərin verilməsi üzrə zəruri sənədləşməni rəsmiləşdirmək;
  • Müştəri portfelinin mənfəətlilik, effektivlilik və müştəri haqqında məlumatların məxfiliyi əsasında uyğun idarəedilməsi;
  • Fəaliyyəti zamanı bank və kommersiya sirrinin qorunmasını təmin edir;
  • Müştəri şikayətlərinin həll edilməsi və minimum həddə çatdırılması üçün lazımi tədbirlərin alınması, kifayət etməsə problemin həlli üçün ən qısa zamanda satış rəhbərliyi ilə əlaqə saxlanılması;
  • Çarpaz satış imkanlarının araşdırılması, filial içində digər satış və əməliyyat qrupu ilə birlikdə çarpaz satışlar istiqamətində koordinasiyalı olaraq fəaliyyət göstərilməsi;
  • Bank sənədlərini Azərbaycan Respublikasının mövcud qanunvericiliyinin tələblərinə uyğun qaydada tərtib etmək, qorumaq və rəsmiləşdirmək;
  • Öz vəzifələrinə aid olan məsələlər üzrə müxtəlif hesabatlar hazırlamaq;
  • Rəhbərliyin verdiyi digər tapşırıqları icra etmək.


Tələblər


  • Ali təhsil;
  • Bank sektorunda müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi;
  • Azərbaycan dilində sərbəst danışıq bacarığı , rus dilini bilmək arzu olunandır;
  • Analitik düşüncə, ünsiyyət və komandada işləmək bacarığı;
  • MS Office proqramlarında yüksək səviyyədə işləmək bacarığı.

 

 

Vakansiya haqqında

Son tarix

February 20, 2026

Paylaşılıb

yanvar 11, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Satış və müştəri xidmətləri