AQA Şirkətlər Qrupu

Backend developer intern

28-01-2026

511

Təsvir

Azərbaycanın ilk müstəqil faktorinq şirkəti Ferrum Capital Backend developer intern vakansiyası elan edir.


Ferrum Kapital QSC, 2017-ci ildə Azərbaycan Respublikasının ilk müstəqil faktorinq şirkəti və AGA Group şirkətlər ailəsinin üzvü olaraq yerli və xarici şirkətlərə faktorinq və digər maliyyə xidmətləri göstərmək məqsədilə yaradılmışdır.

Ferrum Kapital QSC-nin missiyası, ilk iş təcrübəsini bizimlə başlamaq və karyera yüksəlişi əldə edərək özünü inkişaf etdirmək istəyən namizədlərin seçdiyi lider şirkətlərindən biri olmaqdır.

Sizə məlumat vermək istərdik ki, Ferrum Kapital komandasının böyük bir hissəsini istedadlı gənclər təşkil edir və bu cür gənclərin sayını artırmaq üçün yeni istedadlar axtarırıq. Komandamıza qoşulmaqla gənclər uğur qazanmaq və bizimlə birlikdə böyümək imkanı əldə edəcəklər.


Vəzifə Öhdəlikləri:



  • Web tətbiqlərinin server hissəsinin hazırlanması;
  • API-lərin dizaynı, inkişafı və təhlükəsizliyinin təmin edilməsi;
  • Verilənlər bazası dizaynı və performans optimizasiyası;
  • Mövcud sistemlərin texniki dəstəyi və təkmilləşdirilməsi;
  • Front-end komandası ilə inteqrasiya və API testləri.


Tələblər

  • Node.js (Express.js / Nest.js) və ya Python (FastAPI / Django) üzrə biliklər;
  • TypeScript bilikləri;
  • RESTful və GraphQL API hazırlamaq bacarığı;
  • PostgreSQL və ya MongoDB ilə işləmə təcrübəsi;
  • Git və GitHub/GitLab ilə komanda iş təcrübəsi;
  • Əsas authentication və authorization prinsipləri haqqında anlayış (JWT, OAuth2);
  • Ən azı 1-2 real və ya tədris layihəsi təcrübəsi.


Üstünlük sayılacaq:

  • Docker və container-based development haqqında bilik
  • Cloud platformalarına (AWS, Render, Railway, Vercel) deploy təcrübəsi
  • Prisma ORM və ya TypeORM ilə işləmə bacarığı
  • Testing (Jest, Pytest və s.) haqqında anlayış
  • Mikroservis və event-driven architecture haqqında ilkin bilik


Vakansiya haqqında

Son tarix

March 9, 2026

Paylaşılıb

yanvar 28, 2026

Vakansiya növü

Tam ştat

Vəzifə dərəcəsi

Tələbə

Təhsil

Bakalavr

Kateqoriya

Elm, Texnologiya və Mühəndislik