AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
IFRS üzrə maliyyə hesabatlığı və nəzarət mütəxəssisi

IFRS üzrə maliyyə hesabatlığı və nəzarət mütəxəssisi

Bu gün

584

Təsvir

  • Beynəlxalq Maliyyə Hesabatları Standartlarına (MHBS/IFRS) uyğun maliyyə hesabatlarını hazırlamaq və təhlil etmək;
  • Maliyyə hesabatlarının düzgünlüyünü, tamlığını və müvafiq standartlara uyğunluğunu yoxlamaq;
  • Mühasibat uçotu məlumatlarını, hesab qalıqlarını və maliyyə əməliyyatlarını təhlil etmək;
  • Maliyyə hesabatlarında səhvləri, uyğunsuzluqları və potensial riskləri müəyyən etmək;
  • Mühasibat uçotu və maliyyə hesabatlığı üzrə daxili nəzarət prosedurlarının effektivliyini qiymətləndirmək;
  • Aşkar edilmiş nöqsanların səbəblərini araşdırmaq və onların aradan qaldırılması üçün əsaslandırılmış düzəlişlər təklif etmək;
  • Maliyyə məlumatlarının və hesabların üzləşdirilməsini həyata keçirmək, uyğunsuzluqları araşdırmaq;
  • Maliyyə proseslərində nəzarət boşluqlarını müəyyən etmək və onların təkmilləşdirilməsi üzrə tövsiyələr hazırlamaq;
  • Maliyyə hesabatları üzrə yoxlama və analitik prosedurları həyata keçirmək;
  • Xarici audit prosesində iştirak etmək, tələb olunan məlumatların və sənədlərin hazırlanmasını təmin etmək;
  • Audit nəticəsində aşkar edilmiş nöqsanların aradan qaldırılması üzrə tədbirlərin icrasını izləmək.


Tələblər

  • Maliyyə, mühasibat uçotu, audit və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Maliyyə hesabatlığı, IFRS və ya audit sahəsində minimum 3 il müvafiq iş təcrübəsi;
  • Beynəlxalq Maliyyə Hesabatları Standartları (IFRS) üzrə praktiki bilik;
  • Maliyyə hesabatlarının hazırlanması və təhlili üzrə praktiki təcrübə;
  • Mühasibat uçotu prinsipləri və daxili maliyyə nəzarəti prosedurları üzrə bilik;
  • Maliyyə məlumatlarında səhvləri, uyğunsuzluqları və riskləri müəyyən etmək bacarığı;
  • Aşkar edilmiş problemlərin aradan qaldırılması üçün əsaslandırılmış həll yolları təklif etmək bacarığı;
  • MS Excel proqramında yüksək səviyyədə işləmək bacarığı;
  • Audit şirkətində və ya maliyyə hesabatlığı sahəsində iş təcrübəsi üstünlükdür;
  • ACCA (FR, AA, SBR), DipIFR və ya digər müvafiq peşəkar kvalifikasiyalar üstünlükdür;
  • Analitik düşüncə, detallara diqqət və müstəqil işləmək bacarığı.


Vakansiya haqqında

Son tarix

December 12, 2026

Paylaşılıb

noyabr 12, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Maliyyə, Biznes və idarəetmə