AQA Şirkətlər Qrupu Caspian Plaza üçün "Kiçik texniki menecer" vakansiyasını elan edir.
Vəzifə öhdəlikləri:
- Ofis və obyektlərdə aparılan təmir, texniki xidmət, yenidənqurma və quraşdırma işlərinin icrasına nəzarət etmək;
- Gündəlik texniki tapşırıqları planlaşdırmaq, resurs bölgüsünü təşkil etmək və işlərin vaxtında yerinə yetirilməsini təmin etmək;
- Tikinti və texniki işlərlə bağlı müvafiq normativ sənədləri hazırlamaq və sənədləşməni düzgün aparmaq;
- Avadanlıqların düzgün və təhlükəsiz istismarını, texniki nasazlıqların qarşısının alınmasını təmin etmək;
- Elektrik, santexnika, havalandırma, kondisioner və digər mühəndis sistemlərinin texniki baxımına nəzarət etmək;
- Obyektlərin enerji, su, qaz və rabitə təminatında fasiləsizliyin qorunmasını təmin etmək;
- Subpodratçılarla işin koordinasiyasını həyata keçirmək, görülən işlərin keyfiyyətini yoxlayaraq təhvil-təslim prosesində iştirak etmək;
- Texniki iş sahələrində mühafizə və təhlükəsizlik qaydalarına uyğunluğa nəzarət etmək;
- Tabeliyində olan texniki heyətin işini təşkil etmək və gündəlik nəzarəti həyata keçirmək;
- Müştəri məmnuniyyətini təmin etmək məqsədilə texniki sahədə ortaya çıxan problemlərin operativ həllinə yönəlik tədbirlər görmək;
- Müəssisədaxili nizam-intizam qaydalarına, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarına riayət edilməsi;
- Rəhbərlik tərəfindən verilmiş digər texniki və inzibati tapşırıqları yerinə yetirmək.