AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Məzmun Yaradıcısı (Content Creator)

Məzmun Yaradıcısı (Content Creator)

24-09-2024

674

Bağlanılıb

Təsvir

"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən Digitale Agency şirkəti "Məzmun Yaradıcısı (Content Creator)" vakansiyasını elan edir:


Digitale Agency 2023-cü ildən fəaliyyət göstərən rəqəmsal reklam agentliyidir. Bir neçə istiqamətdə fəaliyyət göstərən agentlik müştərilərə əsasən rəqəmsal marketinq, podcast çəkilişləri və biznes mərkəzlərində reklam yerləşdirilməsi xidmətlərini təklif edir. Müştərilərin xüsusiylə rəğbət bəslədiyi podcast çəkilişləri, müvafiq sosial şəbəkəyə uyğun kontentin hazırlanması, video və foto çəkilişlər, o cümlədən, qrafik dizayn xidmətləri agentliyin fəaliyyət sahəsinin əsasını təşkil edir.


Vəzifə öhdəlikləri:

  • Biznes, məhsul, marketinq və satış strategiyasını anlayaraq, lazım olan kontent ideyalarının verilməsi;
  • Aylıq sosial media üçün kontent planlarının hazırlanması;
  • Kontent planlar üzrə çəkilişlərin aparılması və koordinasiya edilməsi;
  • Reklam kampaniyaların və ssenarilərin yazılması;
  • Postların hazırlanış mərhələsində brieflərin verilməsi;
  • Sosial Media üçün kreativ post ideyaları vermək;
  • Tiktok və İnstagram üçün trendləri izləmək, kontentə bunu tətbiq etmək.

Tələblər

  • Sosial media və digər marketinq kanallarında kontent yaratmaq bacarığı;
  • Azərbaycan və İngilis dilində səlis yazı və fikirlərini ifadə etməsi, müxtəlif ideyaların təklif edilməsi, yüksək keyfiyyətli məzmunların hazırlanması;
  • Yaradıcı düşüncə qabiliyyəti;
  • Reklam mətnləri yazmaq bacarığı;
  • MS Office proqramlarından sərbəst istifadə etmə bacarığı;
  • Qrafik dizayn və montaj proqramlarından anlayışın olması;
  • Məsuliyyətli və diqqətli olmaq;
  • Deadlineları vaxtında çatdırmaq;
  • Komanda ilə işləmə bacarığı;
  • Taskların icrası ilə bağlı diqqətli və məsuliyyətli olmaq.

Vakansiya haqqında

Son tarix

noyabr 3, 2024

Paylaşılıb

sentyabr 24, 2024

Vakansiya növü

Tam ştat

Əmək haqqı

800 - 1000 AZN

Kateqoriya

Kütləvi İnformasiya vasitələri və İctimaiyyətlə Əlaqələr