AQA Şirkətlər Qrupu

Satış məsləhətçisi

Bu gün

2.6K

Təsvir

"AQA Şirkətlər Qrupu" nəzdində fəaliyyət göstərən DeFacto brendinə aid geyim mağazası Gəncə Mall filialı üzrə "Satış məsləhətçisi" vakansiyasını elan edir.


Vəzifə öhdəlikləri:


  • Şirkətin prosedurları, qaydaları və təşkilati strukturuna uyğun fəaliyyət göstərmək;
  • Şirkətin korporativ geyim, yazışma, davranış və ünsiyyət qaydalarına riayət etmək, şəxsi təmizliyinə və xarici görünüşünə fikir vermək;
  • İşçi iclaslarında və təlimlərində iştirak etmək, fərdi və professional bilik və bacarıqlarını artırmaq;
  • Müştəriləri təbəssümlə qarşılamaq və onlara sual verib ehtiyaclarını öyrənmək;
  • Müştəriləri məhsulu yoxlamağa ruhlandırmaq, əlavə satış təmin olunması üçün əlverişli kombinasiya təklif etmək;
  • Müştərilərə ümumi kolleksiyalar və məhsullar, eyni zamanda ödəniş metodları və xüsusi təkliflər barədə məlumat vermək;
  • Mağazadakı iş həcmindən asılı olaraq, ilk müştərinin icazəsi ilə eyni vaxtda bir neçə müştəriyə xidmət göstərmək;
  • Əgər müştərinin istədiyi məhsul manekenin üzərindədirsə və mağazada daha yoxdursa, o zaman həmin məhsulun müştəriyə satılmasını təmin etmək;
  • Mağazaya məhsulu qaytarmaq və ya dəyişmək üçün gələn müştərini müsbət üz ifadəsi ilə qarşılamaq, prosedura uyğun mağaza müdiri və ya bölmə müdirinə məlumat verməklə kassa bölməsinə və nəzarətçiyə yönləndirərək köməklik göstərmək;
  • Mağazanın aylıq, həftəlik və gündəlik satış hədəfləri barədə mağaza rəhbərliyindən məlumat almaq;
  • Mağaza ərazisində həyatın və ya əmlakın təhlükəsizliyinə xələl gətirə biləcək şübhəli hal, şübhəli bağlama və s. olarsa dərhal mağaza müdirini və nəzarəçini bu barədə məlumatlandırmaq;
  • Mağaza müdiri tərəfindən verilən tapşırıqları vaxtında yerinə yetirmək. 


Tələblər

  • Orta təhsil
  • Satış sahəsində biliklərin olması
  • Komanda ilə işləmək bacarığı
  • Azərbaycan dilində səlis danışmaq (xarici dil biliklərinin olması arzuolunandır)


Vakansiya haqqında

Son tarix

oktyabr 30, 2024

Paylaşılıb

oktyabr 6, 2024

Vakansiya növü

Tam ştat

Əmək haqqı

460 - 460 AZN

Kateqoriya

Satış və müştəri xidmətləri