AQA Şirkətlər Qrupu

Satış üzrə konsultant

27-05-2025

3.3K

Təsvir

"LTC Lab" – gələcəyin peşəkarlarını yetişdirən, süni intellekt dahisi Lütfi Zadənin adını daşıyan innovativ təlim mərkəzidir. Ən son öyrənmə metodları, güclü təlimçi heyəti və müasir kampusu ilə Xəzər regionunun aparıcı təhsil platformasına çevrilməyi hədəfləyirik. Burada hər bir bilik həvəsi olan şəxs üçün inkişaf, əməkdaşlıq və yaradıcı mühit təmin olunur.


Belə ki, AQA Şirkətlər Qrupu nəzdində fəaliyyət göstərən LTC Lab tədris mərkəzi "Satış üzrə konsultant" vakansiyasını elan edir.


Vəzifə öhdəlikləri:

  • Email və zəng vasitəsiylə ilkin əlaqə yaradılması;
  • Lead-lərin konsultasiyaya keçirilməsi və satışın realizasiyası;
  • Satış məlumatlarının doğru və düzgün şəkildə təqdim olunması;
  • Müxtəlif parametrlər üzrə müştəri bazasına məlumatın daxil edilməsi;
  • İtirilmiş lead-lərə vaxtaşırı təqibat zəngləri;
  • Qoyulmuş satış hədəfləri çərçivəsində şirkətin mövcud məhsul və xidmətlərinin satışını həyata keçirmək, müştəri ehtiyaclarını müəyyənləşdirmək;
  • Aktiv müştərinin tələb və ehtiyaclarının komanda daxilində digər bölmələrə ötürülməsini təmin etmək və məsələnin həllinin təqibi;
  • Yerinə yetirilmiş işlər barəsində hesabatların hazırlanması və satış hədəflərinin həyata keçirilməsi.

Tələblər

  • Ali təhsil;
  • Azərbaycan dilində səlis danışmaq və yazı bacarığı (ingilis dili arzuolunandır);
  • 1 ildən az olmayaraq təhsil sahəsi üzrə iş təcrübəsisinin olması mütləqdir;
  • Satış bacarığı;
  • Düzgün səs tonuna və düzgün diksiyaya malik olmaq;
  • Məsuliyyət və sistematik düşüncə tərzi;
  • Digital yönümlü olmalı.


Əlavə məlumat:

Əmək haqqı namizədin bilik, bacarıq və təcrübəsinə uyğun olaraq müsahibə zamanı müəyyən olunacaq.

Ünvan: AGA Business Center

Vakansiya haqqında

Son tarix

June 29, 2025

Paylaşılıb

may 27, 2025

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Kateqoriya

Satış və müştəri xidmətləri