AQA Şirkətlər Qrupu
Ana səhifə
/
/
/
Təmir-tikinti işləri üzrə menecer

Təmir-tikinti işləri üzrə menecer

Bu gün

9

Təsvir

AQA Şirkətlər Qrupu "Təmir-tikinti işləri üzrə menecer" vakansiyasını elan edir:


Vəzifə öhdəlikləri:

  • Təmir və yenidənqurma işlərinin gündəlik gedişatına nəzarət etmək;
  • Usta və podratçı briqadaların işini koordinasiya etmək;
  • Görülən işlərin layihə və texniki tələblərə uyğunluğunu yoxlamaq;
  • İşlərin keyfiyyətinə və vaxtında tamamlanmasına nəzarət etmək;
  • Təmir işlərində istifadə olunan materialların qəbulunu və sərfiyyatını izləmək;
  • Elektrik, santexnika, havalandırma, alçıpan, boya və digər təmir işlərinin düzgün icrasına nəzarət etmək;
  • Obyektlərdə yaranan texniki problemlərin operativ həllini təşkil etmək;
  • İş sahəsində təhlükəsizlik qaydalarına əməl olunmasına nəzarət etmək;
  • Təmir işlərinin gedişi barədə rəhbərliyə mütəmadi məlumat vermək;
  • Tamamlanmış işlərin qəbulunda iştirak etmək və çatışmazlıqların aradan qaldırılmasını təmin etmək.

Tələblər

  • İnşaat mühəndisliyi, memarlıq və ya əlaqəli sahə üzrə ali təhsil;
  • Təmir, tikinti və ya fit-out sahəsində minimum 3 il iş təcrübəsi;
  • AutoCAD proqramında işləmək, çertyojları oxumaq və düzəlişlər etmək bacarığı;
  • Mebel istehsalı və quraşdırılması prosesləri barədə biliklər;
  • Tikinti materialları və təmir texnologiyaları üzrə biliklər;
  • MS Office proqramlarında işləmək bacarığı;
  • Smeta hazırlanması;
  • Məsuliyyətlilik, operativlik və təşkilatçılıq bacarığı
  • Yaş həddi: 25-35


Əlavə məlumat:

  • İş qrafiki: Həftənin 6 günü (bazar ertəsi–cümə tam iş günü, şənbə qısaldılmış iş günü), bazar günü istirahət.
  • Əmək haqqı: 1800-2000 AZN net

Vakansiya haqqında

Son tarix

July 31, 2026

Paylaşılıb

iyun 25, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

3-4 il

Vəzifə dərəcəsi

Mütəxəssis

Təhsil

Bakalavr

Əmək haqqı

1800 - 2000 AZN

Kateqoriya

Tikinti və Daşınmaz əmlak