"Agrarco" MMC
Ana səhifə
/
/
/
Aqronom (Şimal regionu üzrə)

Aqronom (Şimal regionu üzrə)

Bu gün

17

Təsvir

-İllik aqrotexniki planın icrasına nəzarət etmək;

-Budama işlərinin düzgün aparılmasına rəhbərlik etmək;

-Bağlarda mütəmadi olaraq monitorinq aparmaq (meyvələrin inkişafı,yetişmə vəziyyəti);

-Zərərvericilər və xəstəliklərlə bağlı mütəmadi monitorinq aparmaq və müvafiq mübarizə tədbirləri təklif etmək;

-Suvarma işlərinə nəzarət etmək və uyğunsuzluqlar barədə baş aqronom və sahə icraçısına məlumat vermək;

-Yeni salınmış bağlarda il ərzində bitkilərin inkişaf dinamikasının meyarlarını (boy artımı, gövdə yoğunlaşması və s.) izləmək və qeydiyyatını aparmaq;

-Dərmanların norma üzrə tətbiqinə nəzarət və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək;

-Məhsulun inkişaf mərhələlərini izləmək və məhsuldarlıq proqnozu hazırlamaq;

-Gündəlik, aylıq və mövsümi hesabatlar hazırlamaq;

-Sahə işçilərinin iş bölgüsünü aparmaq və yığım prosesinin düzgün təşkilinə rəhbərlik etmək;

-Bağın becərilməsi və işlərin ləngiməsi ilə bağlı bütün məsələləri izləmək (360 dərəcəli baxış) və Baş aqronoma məruzə etmək;

-Baş aqronomun verdiyi digər tapşırıqların icrası.


Tələblər

Aqronomluq, bitkiçilik və ya müvafiq sahə üzrə ali təhsil;

Aqronom vəzifəsində 2 il iş təcrübəsi;

Quba və Xaçmaz rayonlarında daimi yaşayan namizədlərə üstünlük verilir;

Müasir aqrotexniki üsullar, gübrələmə, suvarma və bitki mühafizəsi barədə biliklər;

Məsuliyyətlilik, təşəbbüskarlıq və nəticəyönümlülük.






Vakansiya haqqında

Son tarix

November 26, 2026

Paylaşılıb

oktyabr 26, 2026

Vakansiya növü

Tam ştat

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı