open navigation menu
Ana səhifə
/
Şirkətlər
/
"Agrarco" MMC
/
Aqronom (Şimal regionu üzrə)
Aqronom (Şimal regionu üzrə)
"Agrarco" MMC
Qusar, Azərbaycan
Tam ştat
12-01-2026
783
Bağlanılıb
Təsvir
İllik aqrotexniki planın icrasına nəzarət etmək;
Budama işlərinin düzgün aparılmasına rəhbərlik etmək;
Bağlarda mütəmadi olaraq monitorinq aparmaq (meyvələrin inkişafı,yetişmə vəziyyəti);
Zərərvericilər və xəstəliklərlə bağlı mütəmadi monitorinq aparmaq və müvafiq mübarizə tədbirləri təklif etmək;
Suvarma işlərinə nəzarət etmək və uyğunsuzluqlar barədə baş aqronom və sahə icraçısına məlumat vermək;
Yeni salınmış bağlarda il ərzində bitkilərin inkişaf dinamikasının meyarlarını (boy artımı, gövdə yoğunlaşması və s) izləmək və qeydiyyatını aparmaq;
Dərmanların norma üzrə tətbiqinə nəzarət və təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək;
Məhsulun inkişaf mərhələlərini izləmək və məhsuldarlıq proqnozu hazırlamaq;
Gündəlik, aylıq və mövsümi hesabatlar hazırlamaq;
Sahə işçilərinin iş bölgüsünü aparmaq və yığım prosesinin düzgün təşkilinə rəhbərlik etmək;
Bağın becərilməsi və işlərin ləngiməsi ilə bağlı bütün məsələləri izləmək (360 dərəcəli baxış) və Baş aqronoma məruzə etmək;
Baş aqronomun verdiyi digər tapşırıqların icrası.
Tələblər
Ali təhsil;
Müvafiq sahə üzrə minimum 2 il iş təcrübəsi;
Aqrotexniki monitorinq və qeydiyyat aparmaq bacarığı;
Microsoft Office (Word, Excel, Outlook) proqramlarını istifadə bacarığı;
Analitik düşüncə, problem həll etmə və operativ qərarvermə bacarığı;
Məsuliyyətlilik, hesabatlılıq və dəqiqlik;
Vakansiya haqqında
Paylaşılıb
yanvar 12, 2026
Vakansiya növü
Tam ştat
Kateqoriya
Sənaye və Kənd Təsərrüfatı
İmtiyazlar
Yaşayış yeri
Tibbi Sığorta (işçini əhatə edən)
Korporativ nömrə
Təlim dəstəyi
Karyerada yüksəlmə imkanı