Maliyyə intizamı və resursların səmərəli istifadəsinə yönəlmiş tədbirlərin hazırlanmasında və həyata keçirilməsində iştirak etmək;
Əsas vəsaitlərin, inventar maddələr və pul hesablarının hərəkətinə nəzarət etmək və sənədlərdə əks etdirmək;
Daxili uçot sənədlərini formalarla təmin etmək;
İş prosesinin təkmilləşdirilməsi və uçotun düzgün aparılması məqsədilə prosedurların hazırlanması;
Mütərəqqi forma və uçot üsullarının tətbiqi sahəsində işin yaxşılaşdırılması üçün tədbirlərin həyata keçirilməsi;
Vergi hesabatlarının hazırlanması və təqdim edilməsi (MV, ƏDV, ÖMV, torpaq, əmlak, Vahid bəyannamə, Statistika hesabatları və digər);
Tərtib edilmiş müqavilələrin mühasibat uçotu standartlarına, maliyyə hesabatlılığı prinsiplərinə və vergi qanunvericiliyinə uyğunluğunun yoxlanılması, habelə müqavilə şərtlərinin mühasibatlıq baxımından düzgün əks etdirilməsinin təmin edilməsi;
Subsidiya ilə bağlı bəyannamələrin yoxlanılması və bununla bağlı müvafiq işlərin icrası;
YGB-in konsiqnasiya olunması və araşdırılması;
Monitorinq məqsədilə regionlara planlı aylıq/rüblük ezamiyyətlərin həyata keçirilməsi və kassa qalıqlarının mütəmadi aktlaşdırılması.
Tələblər
İqsadiyyat, maliyyə və mühasibatlıq sahəsi üzrə bakalavr dərəcəsi;
Peşəkar mühasib sertifikatı;
Maliyyə-mühasibat işi üzrə ümumilikdə 5, baş mühasib vəzifəsində 3 ildən az olmayaraq iş təcrübəsi;
Kənd təsərrüfatı müəssisələrində iş təcrübəsi üstünlük sayılacaq;
Azərbaycan dilində mükəmməl yazılı və şifahi ünsiyyət bacarıqları;
MS Excel, 1C ERP və BTP proqramında sərbəst işləmək bacarığı;
Mühasibat uçotu, vergi və əmək qanunvericiliyi üzrə güclü biliklər.