Agro Dairy LLC
Ana səhifə
/
/
/
Aşpaz-Padarçöl təsərrüfatı

Aşpaz-Padarçöl təsərrüfatı

Bu gün

9

Təsvir

  • Bütün qidaların emalı, saxlanması və hazırlanması proseslərinin qida təhlükəsizliyi və texnoloji tələblərə uyğun icrasını təmin etmək.
  • İsti və soyuq qəlyanaltıların, şorbaların, əsas xörəklərin, qarnirlərin, salatların, kulinar məmulatların, xəmir məmulatlarının, desertlərin və isti-soyuq içkilərin resept və texnoloji kartlara uyğun hazırlanmasını təmin etmək.
  • Ət, quş əti, balıq, tərəvəz və digər ərzaq məhsullarının ilkin emalını, bişirilməsini və təqdimata hazırlanmasını həyata keçirmək.
  • Hazırlanan yeməklərin keyfiyyətinə, dadına, görünüşünə və təqdimat standartlarına nəzarət etmək.
  • Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydalarına uyğun təhlükəsiz iş mühitini təmin etmək.
  • Mətbəxdə təmizlik, səliqə və nizam-intizamın qorunmasını təmin etmək.
  • Qida tullantılarının minimuma endirilməsi və məhsullardan səmərəli istifadə edilməsini təmin etmək.
  • Anbara daxil olan məhsulları qəbul etmək, keyfiyyətini yoxlamaq və düzgün saxlanmasını təmin etmək.
  • Mətbəx ehtiyatlarına nəzarət etmək, məhsul çatışmazlığını müəyyənləşdirmək və vaxtında sifariş verilməsi üçün müvafiq məlumat təqdim etmək.
  • İstifadə olunan avadanlıq və inventarın düzgün istismarını təmin etmək, nasazlıqlar barədə rəhbərliyi məlumatlandırmaq.
  • Gündəlik istehsal planına uyğun olaraq sifarişlərin vaxtında və keyfiyyətli hazırlanmasını təmin etmək.
  • Birbaşa rəhbər tərəfindən verilən və vəzifə funksiyalarına uyğun digər tapşırıqları yerinə yetirmək.

Tələblər

  • Peşə məktəbi və ya kulinariya üzrə müvafiq ixtisas təhsilinin olması üstünlükdür.
  • Aşpaz vəzifəsində minimum 2–3 il iş təcrübəsi.
  • Qida təhlükəsizliyi, sanitariya və gigiyena qaydaları üzrə bilik və bu qaydalara ciddi riayət etmək bacarığı.
  • Müxtəlif yemək bişirmə texnikaları, qida emalı üsulları və kulinariya standartları üzrə praktiki bilik və bacarıqlar.
  • Komanda ilə əməkdaşlıq və yüksək iş intizamına malik olmaq.
  • Məsuliyyətli, çevik və operativ işləmək bacarığı.

Vakansiya haqqında

Son tarix

July 19, 2026

Paylaşılıb

iyul 6, 2026

Vakansiya növü

Tam ştat

Təcrübə

1-2 il

Vəzifə dərəcəsi

Digər

Təhsil

Orta təhsil

Kateqoriya

Sənaye və Kənd Təsərrüfatı