Məhsulun qəbulu zamanı keyfiyyət göstəricilərini müəyyən etmək məqsədilə müvafiq analizlər aparmaq.
Silolardan götürülən məhsul nümunələri üzrə həftəlik analizlər həyata keçirmək, temperatur, rütubət və digər keyfiyyət göstəricilərinə nəzarət etmək.
Məhsulda az miqdarda zərərverici aşkar edildikdə, müvafiq təhlükəsizlik tələblərinə uyğun olaraq silolarda yüngül fumiqasiya prosedurlarını həyata keçirmək.
Məhsulun satışı zamanı keyfiyyət göstəriciləri və analiz nəticələri barədə dəqiq və etibarlı məlumatların təqdim olunmasını təmin etmək.
Birbaşa rəhbər tərəfindən şöbənin fəaliyyəti ilə bağlı verilən digər tapşırıqları və layihələri icra etmək.
Əməyin mühafizəsi, sağlamlıq, təhlükəsizlik və ətraf mühit (HSE) qaydalarına ciddi əməl etmək, təhlükəsiz iş mühitinin təmin olunmasına töhfə vermək.
Tələblər
Müvafiq sahə üzrə minimum 1 il iş təcrübəsi.
Orta ixtisas və ya peşə təhsili.
Kompüter bilikləri.
Məhsulun keyfiyyət göstəricilərinin müəyyən edilməsi və nümunələrin analizi üzrə ilkin biliklərə malik olmaq üstünlükdür.
Dəqiqlik, məsuliyyətlilik və analitik düşünmə bacarığı.
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına riayət etmək bacarığı.